Bu gecədən başlayaraq Beynəlxalq Azad Seks Birliyi tərəfindən təşkil edilən fəaliyyət bazar gecəsi bitəcək
İtalyanın Venedik şəhərinin 6 min 800 əhalisi olan Noventa Piavedə 4 ulduzlu “Base” otelində üç gün boyunca qrup seks partiyaları təşkil ediləcək.
Bu gecədən başlayaraq Beynəlxalq Azad Seks Birliyi "Wonderful World" tərəfindən təşkil edilən fəaliyyət bazar gecəsi bitəcək. Bunun üçün 200 avro ödəyən cütlər Fransa, Avstriya, Dubaydan 100 nəfər lüks avtomobilləri ilə otelə gəliblər.
İtaliyada 100 cütün bir oteli bağlayıb üç gün boyunca qrup seks partiyası keçirmələri əhalinin reaksiyasına səbəb olub. Bu hadisəyə əsəbiləşən qəsəbə sakinləri fəaliyyətə icazə verən otel rəhbərliyini günahlandırıb.
Cütlər tərəfindən "bağlanılan" otelə başqa müştəri və jurnalist qəbul edilmir.
Bu hadisəyə Venesiya Otelçilər Birliyi tərəfindən münasibət bildirilib: "İçəridəkilərin hamısı yetkin insanlardır. Həmçinin İtalyan qanunlarında da seks azadlığı məhdudlaşdırması yoxdur. Bağlı qapılar arxasında yaşananlar bizləri maraqlandırmır”.
- See more at: http://yaxa.org/az/xeber/7609#sthash.1Y9HhWaP.dpuf
Sorğu
Yeni dizaynımız necədir?