Çində qadınları evində seks köləsi olaraq saxlayan 35 yaşlı Li Nao edama məhkum edilib. AzNews.az xəbər verir ki, o, evində saxladığı 6 qadından ikisini öldürüb. Polisin məlumatına görə, 35 yaşlı şəxs qadınları evinin zirzəmisindəki “seks həbsxanası”nda saxlayıb.
Qapalı yerdə saxladığı qadınlardan biri 2011-ci ildə qaçmağa müvəffəq olub. Bir il sonra isə Li Nao təcavüz, parno çəkilişi, insan alveri kimi cinayətlərlə bağlı mühakimə edilib. Lakin həbsdən azad olan bu şəxs daha sonra evinin zirzəmisində hücrələr hazırlayaraq qadınları qaçırıb və seks köləsi kimi 21 ay orada saxlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?