ABŞ prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Mayk Pompeo Rusiya təhqiqiatı, Trampla münasibətləri ilə bağlı ciddi suallarla qarşılaşıb.
Mən prezidentlə olan söhbətlərim haqda məlumat verməyəcəyəm
Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru təsdiqi ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsində ifadə verib.
“Mən prezidentlə olan söhbətlərim haqda məlumat verməyəcəyəm” - deyə, Pompeo demokrat senator Robert Menendezin sualına cavab verib.
“Mən prezidentlə çox hallarda razıyam və o, məndən heç vaxt süzgün hesab etdiyim bir işi görməyimi istəməyib” , Pompeo əlavə edib.
Hər iki partiyadan senatorlar dövlət katibi vəzifəsinə Ağ Evi istiqamətləndirə və lazım gəldikdə prezidentə qarşı durmağı bacaran birinin olmasını önə çəkib.
“Siz prezidentlə yaxın əlaqələr qurmusunuz... Tramp hakimiyyəti altında bir çox səslər susdurulub və ya istefa verib”, respublikaçı Bob Korker bildirib.
“Amerika xalqını nüvə silahından danışarkən məktəbli zarafatları edən prezident narahat edir. Siz məntiq səsi ola biləcəksinizmi? Yoxsa prezidentin ən pis instinktlərini dəstəkləyəcəksiniz? - deyə, Menendez sual edib said.
Cavabında Pompeo öz hərbi keçmişinə işarə edib.
“Bilirəm ki, məni sərtxətt tərəfdarı və qırğı kimi təsvir edən hekayələri oxumusunuz. Uniformada xidmət edəndən başqa heç kim diplomatiya, terror və ya müharibə faciəsinin nə olduğunu dərk edə bilməz. Ən yaxşı çıxış yolu diplomatiya masasıdır” - deyə nominant cavab verib.
Sabiq respublikaçı konqresmen Pompeo 2015-ci ildə imzalandığından bəri İranın nüvə razılığının sərt tənqidçisi olub.
Bir çox təhlilçi deyir ki, keçmişdə Şimali Koreya, Çin və İranla bağlı etdiyi sərt bəyanatları onu göstərir ki, ABŞ-ın Hərbi Akademiyasının məzunu olan Pompeo çox güman Tillersonla müqayisədə ABŞ-ın hərbi gücündən daha çox istifadə edəcək, beynəlxalq razılıqları isə daha az dəstəkləyəcək.
Pompeo İran və Şimali Koreyada “rejim dəyişikliyini” təbliğ edən bəyanatlar edib.
Bəziləri isə narahatdır ki, Pompeonun vəzifəyə təsdiqi Birləşmiş Ştatların İran nüvə razılığından geri çəkilməs ehtimalını artıracaq və Pxenyanla olan diplomatik səyləri təhlükə altına salacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?