İranın İsfahan şəhərində artıq 3-cü gündür etirazlar davam edir. Su qıtlığı əleyhinə aksiyalar dinc keçirilir.
Sosial mediada yayımlanan videolarda poilisin baryerlər arxasında dayandığını, bir nəfərin isə meqafonla insanları hökumət əleyhinə şüarlar səsləndirməməyə çağırıb.
İsfahanda son iki gün ərzində polis nümayişçilərə eyni münasibət göstərib. Yürüş irəlilədikcə, onlar insanlara “Qorxmayın. Biz sizinləyik!” deyib.
İranın dövlət mediası iki qanunvericiyə istinadən su qıtlığı dərinləşdikcə, İsfahanın milyonla sakininin sudan məhrum olacağını bildirib.
İran hökumətinin İsfahanda çayın səmtini dəyişərək Yəzdə yönəltməsi yerli fermerlərin qəzəbinə səbəb olub.
İran rəsmiləri kənd təsərrüfatı, suvarma və su təminatı siyasətinin yarasızlığının su qıtlığına səbəb olduğunu etiraf edib.
Yağışların normal səviyyədən aşağı olması da vəziyyəti ağırlaşdırır.
Sorğu
Yeni dizaynımız necədir?