İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb.
"Press TV" telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb.
Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?