Cənubi Koreyanın sabiq prezidenti apellyasiya məhkəməsinə müraciət etməyəcəyini bildirib.
24 il müddətinə azadlıqdan məhrum edilən Pak Qeun-hye bacısı tərəfindən verilən apellyasiya müraciətinin dayandırılmasını istəyib.
Sabiq prezidentin apellyasiya məhkəməsi baş tuta bilər. Belə ki, prokuroroluq Pakın bəzi ittihamlardan yaxa qurtardığına görə, daha sərt cəzaya məhkum edilməsini istəyib.
Pak vəzifəsindən sui-istifadə, məcburiyyət və rüşvət ittihamları ilə üzləşib.
Televiziya ilə nümayiş etdirilən məhkəmə prosesinin son günü qərarı baş hakim Kim Se-Yun elan edib.
Sabiq prezident 17 milyon dollar məvləğində cərimə də ödəməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?