GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan: Paytaxt İrəvanda kütləvi itaətsizlik aksiyaları başlanıb

Ermənistan: Paytaxt İrəvanda kütləvi itaətsizlik aksiyaları başlanıb

Tarix: 16-04-2018, 18:07 Bölmə :Dünya Baxış: 425
Ermənistan: Paytaxt İrəvanda kütləvi itaətsizlik aksiyaları başlanıb


Bazar ertəsi səhər tezdən İrəvanın mərkəzi küçələrində avtomobil tıxaclarıdır. Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırır

Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayır. Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər.

Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək, izah edirlər ki, dözümlü olsunlar.

"Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan - Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından - xilas olmaq üçün atılan məcburi addımdır", - hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edir və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırır.

Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edir.

Ermənistan paytaxtında bu səhərdən başlanan kütləvi vətəndaş itaətsizlik tədbirlərinin planını Serj Sarkisyanın baş nazir qismində hakimiyyətə qayıtmasına qarşı davam edən fasiləsiz etiraz aksiyasının lideri, millət vəkili Nikol Paşinyan dünən axşam mitinq zamanı elan edib.

Nəzərdə tutulan tədbirlər Ermənistan paytaxtında nəqliyyat hərəkətini tam iflic edə bilər.

Milli Məclisdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası öz lideri, keçmiş prezident Serj Sarkisyanın namizədliyini irəli sürülmək üçün bazar ertəsi yığışmalıdır və aksiyanın başlıca məqsədi də bu iclasın işini iflasa uğratmaqdır.

Şənbə günü hakim partiyanın idarə heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib.

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.

Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.

Nikol Paşinyan İrəvanın mərkəzində mitinq zamanı İrəvan əhalisinə müraciət edərək, bazar ertəsi səhər saatlarında, ilk növbədə paytaxt rayonlarını şəhərin mərkəzilə birləşdirən körpüləri bağlamağa çağırdı.

O, əhalini öz şəxsi avtomobilləri ilə körpü üzərindən yol hərəkətini bağlayıb piyada Milli Məclis binası yerləşən Bağramyan prospektinə getməyə çağırdı.

"Sizin avtomaşınlarınız körpünün üstündə nasaz ola bilər. Siz onları orada qoyub, piyada parlament binasının ətrafına gedə bilərsiniz", - Paşinyan bəyan etdi və yol boyunca İrəvan sakinlərini aksiyaya qatılmağa səsləməyi təklif etdi.

Yerüstü nəqliyyatdan başqa, metronun da hərəkəti dayandırılmalıdır. Bunun üçün etirazçılar metro vaqonlarının açıq qapıları arasında yerə uzanarlar.

Paşinyan tələbələri də tətil elan edib Bağramyan prospektinə, parlament binası ətrafına toplaşmağa çağırdı.

Müxalif millət vəkili hətta özü və ya etiraz aksiyalarını təşkil edən fəalların bu gecə həbs olunması təqdirdə, kütləvi itaətsizlik planının qüvvədə qaldığını dedi.

"Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdılar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək qərarı qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm", - Paşinyan deyib.

Etiraz iştirakçıları üçüncü gündür ki, İrəvanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir.

Yüzlərlə insan mitinqdən sonra gecəni burada keçirir. Onlar üçün burada bir neçə xarici diaspor ermənilərinin ianələri hesabına pulsuz bufet təşkil edilib.

Hələlik hüquq-mühafizəçi orqanları nəinki müdaxilə etmir, hətta yaxınlıqda bir nəfər də olsa polis əməkdaşı görünmür./BBC Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27

  • 
  • ​Ermənistanda Sərkisyan əleyhinə müddətsiz ETİRAZ AKSİYALARI BAŞLANIB – Deputatlar parlamentdə tüstü şaşkası yandırdılar

    ​Ermənistanda Sərkisyan əleyhinə müddətsiz ETİRAZ ...

    13-04-2018, 14:41

  • 
  • Ermənistan: Yeni prezident and içib

    Ermənistan: Yeni prezident and içib ...

    9-04-2018, 13:28

  • 
  • ​Serj Sarkisyan Putinin görüşünə gedir

    ​Serj Sarkisyan Putinin görüşünə gedir ...

    26-12-2017, 00:31

  • 
  • Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu-VİDEO

    Ermənistan parlamentində Serj Sarkisyana qarşı ...

    12-04-2018, 15:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu