ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) tərəfindən Azərbaycan vətəndaşları arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edib.
Səfirliyin məlumatında deyilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi tələbələri təhsil haqları daxil olmaqla, Gürcüstanda təhsil müddətində maliyyə yardımı ilə təmin edəcək.
Müraciət üçün son tarix mayın 11-dir. Namizədlər ölkədə yaşayan Azərbaycan vətəndaşları olmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?