Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi prezident seçkilərindən ötən bir ay ərzində Vladimir Putinin reytinqinin aşağı düşdüyünü müəyyən edib.
Martda keçirilən seçki ərəfəsində Putinə rusiyalıların 55,3 %-i inanırdısa, aprelin 15-nə olan məlumata görə, bu inam 48,4% təşkil edir.
Mərkəzin baş direktoru Valeri Fyodorov bildirib ki, Putinin reytinqinin 7 faiz düşməsi təbiidir:
"Ona görə ki, Rusiya əhalisinin yarısını apolitik adlandırmaq olar. Onlar böyük seçki kampaniyaları və ya ekstremal hadisələr zamanı siyasi mövzulara maraq göstərirlər”.
Fyodrov Putinin reytinqinin düşməsinə Kemerovoda baş verən faciə fonunda neqativ informasiya axınının da təsir etdiyini bildirib:
"Lakin istənilən halda Putinə etimad reytinqi heç vaxt 45 faizdən aşağı düşmür”.
Qeyd edək ki, mart ayında keçirilən prezident seçkilərində Putin 76,69 % səs toplayıb. Ona 56,4 milyon seçici səs verib ki, bu, müasir Rusiya üçün rekord göstəricidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?