ABŞ prezidenti Amerikanın Şimali Koreya lideri ilə sammitdən öncə heç bir şərtindən əl çəkmədiyini bildirib. Pxenyan isə artıq nüvə silahları inkişafını məhdudlaşdırdığını bəyan edib.
Donald Tramp "Biz heç nədən əl çəkməmişik. Onlar isə nüvəsizləşməyə, obyektlərin bağlanması və sınaqlara son qoyulması ilə razılaşıb!" - deyə, Tramp Twitter-də yazıb.
Prezident mayın axırı və ya iyunun əvvəlində Şimali Koreya lideri ilə görüşün nəticələrinin bəlli olmadığını bildirib. O deyib ki, baxmayaraq ki, Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə razılaşıb.
"Şimali Koreya ilə razılığa yolumuz uzundur. Bəlkə hər şey həll olacaq, bəlkə də heç olmayacaq. Bunu zaman göstərəcək. Lakin mənim indi gördüyüm iş çoxdan həll olunmalı idi", Tramp bildirib.
Şimali Koreya nüvə sınaqlarını dayandırdığını və nüvə sınaqları sahələrini bağlamağı planlaşdırdığını dünən bəyan edib.
Ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi həm də ordunun uzaq mənzilli raket sınaqlarını dayandırdığını və bu qərarın şənbə günü qüvvəyə mindiyini deyib.
Elanda bildirilir ki, hökumət bu gedişlə diqqəti iqtisadiyyatın gücləndirilməsinə yönəldir.
Hadisələrin bu inkişafı Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya lideri Mun Cae-in arasında zirvə toplantısına bir həftədən az müddət qalmış baş verir. Birləşmiş Ştatlar da Şimali Koreya ilə yarımadanın nüvəsizləşdirmə ilə bağlı görüşü planlaşdırılır. Həmin görüşün tarixi hələ müəyyən edilməyib.
Bu elan yayılandan sonra prezident Tramp Twitter hesabı ilə qarşıdan gələn zirvə toplantısını səbirsizliklə gözlədiyini bildirib: “Şimali Koreya bütün nüvə sınaqlarını və əsas sınaq sahələrinin bağlanmasına razılıq verib. Bu, Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir. Böyük irəliləyiş! Aramızdakı zirvə toplantısını səbirsizliklə gözləyirəm.”
Sorğu
Yeni dizaynımız necədir?