“Bütün hallarda aksiyalar sakitləşsə də, onların qısa müddətdən sonra yenidən bərpa olunacağı şübhə doğurmur. Çünki Sarqsyan referenduma gedəndə bəyan etmişdi ki, heç bir halda o, hakimiyyətdə qalmayacaq. Üstəlik, baş nazir postuna iddiası olmadığını öncədən bəyan etmişdi. Proseslər göstərdi ki, Sarqsyan açıq şəkildə Ermənistan cəmiyyətinə yalan danışdı”.
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli son zamanlar Ermənistandakı aksiyalara münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Sarqsyan Ermənistan xalqını aldatdı:
“Danışıqlar uğrusuz oldu və prinsip etibarı ilə nəticə əldə olunmadı. Nikol Paşinyan prosesi idarə edən şəxslərdən biridir, amma yeganə şəxs deyil. Paşinyanı polis idarəsinə apardıblar. Onun həbs edilməsi üçün isə Ermənistan qanunvericiliyinə görə deputat mandatından məhrub edilməsi lazımdır. Buna da Ermənistan parlamentinin üçdə ikisi səs verməlidir. Proses o zaman baş tuta bilər ki, Ermənistanda olan bütün sanksiyalar Paşinyanın deputat mandatından məhrum edilməsinə və cinayət işi açılmasına yönləndirilsin. İndiki şəraitdə belə bir addım atılarsa, Ermənistandakı proseslər xaosa sürüklənə bilər və bu, Ermənistan parlamentinə də mənfi təsir edər.
Politoloq qeyd edib ki, Sarqsyan açıq şəkildə Ermənistan xalqını aldatdı:
“Mən düşünürəm ki, xəbərdarlıqdan sonra Paşinyan polis idarəsindən buraxılacaq. Ermənistandakı aksiyaların isə qısa zamanda sakitləşəcəyini düşünmürəm. Aksiyalar təkcə Yerevanda deyil, başqa bölgələrdə də keçirilir. Bunun Ermənistanda hansısa dəyişikliyə gətirəcəyini isə gözləmirəm. Bütün hallarda aksiyalar sakitləşsə də, onların qısa müddətdən sonra yenidən bərpa olunacağı şübhə doğurmur. Çünki Sarqsyan referenduma gedəndə bəyan etmişdi ki, heç bir halda o, hakimiyyətdə qalmayacaq. Onun baş nazir postuna iddiası olmadığını öncədən bəyan etmişdi. Proseslər göstərdi ki, Sarqsyan açıq şəkildə Ermənistan cəmiyyətinə yalan danışdı. Bu da Nikol Paşinyanın arqumentlərindən biridir ki, siz söz vermişdiniz hakimiyyətdən gedəcəksiniz, amma sonradan məlum oldu ki, insanları aldadırsınız. Əslində bu, bir siyasətçi üçün yolverilməz haldır. Aksiyalar demokratik dəyişikliklər üçün deyil, sadəcə Ermənistanda klanlar arası mübarizənin nümunəsidir”.
Politoloq bildirib ki, xaricdə olan erməni diasporları da ilk dəfə olaraq aksiyalara dəstək olurlar:
“Mən düşünmürəm ki, aksiyaların təşkil edilməsi sadəcə Paşinyan tərəfindən idarə olunur. Bu, tək adamın gücündə olan məsələ deyil. Burda çoxsaylı insanlar da iştirak edir. Problemlərin kökündə bir məsələ də var ki, bunu xüsusi diqqətə almaq lazımdır, ilk dəfədir ki, Ermənistanda keçirilən aksiyalara erməni diasporları tərəfindən açıq şəkildə dəstək verilir. Bu diasporlar da yollarına Sarqsyanla davam etmək istəmirlər. Erməni diasporu həm də Ermənistanı təmsil etdiyi üçün qərb institutları ilə danışıqlarda və münasibətlərdə Ermənistanda belə bir rejimin olması onlara ciddi problemlər yaradır. Diasporlar xaricdə keçirilən aksiyalarında Ermənistandakı aksiyalara açıq şəkildə dəstək verirlər”.
Sorğu
Yeni dizaynımız necədir?