Nikaraqua prezidenti Daniel Orteqa bazar günü deyib ki, ölkədə iğtişaşlara səbəb olan sosial təminat sistemini aradan qaldırmaq planları ləğv olunub.
“Dialoqu irəlilətmək, və böyük müzakirələrə səbəs olan sosial təminat systemin təkmilləşdirmək məqsədilə Nikaraqua Sosial Təminat İnstitutunun İdarə Heyəti 2018-ci ilin aprelin 16-da qəbul etdiyi 1317-ci qətnaməni ləğv edir,” deyə Nikaraquanın prezidenti Daniel Orteqa bildirib.
Ötən həftə Orteqanın işçilərin sosial təminat sisteminə ianələrini artırmaq və pensiyaları azaldılacağını elan etməsindən sonra günlər boyu etirazlar keçirilib.
Paytaxt Manaquada bazar onlarla mağaza qarət edilib.
Bəzi insan haqları qrupları təxmin edir ki, çərşənbə etirazlar başlayandan bəri, Facebook-da canlı yayım edən jurnalist də daxil olmaqla 25 nəfər ölüb.
Onlarla digərləri isə yaralanıb, ya da həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?