Rusiya prezidentinə məxsus olan İl-300 təyyarəsinin dizaynında qızıldan istifadə olunub. Təyyarənin dizaynı büdcəyə 20 milyon dollara başa gəlib. Bu iş Britaniyanın “Britain's Diamonite Aircraft Furnishings” şirkəti tərəfindən həyata keçirilib. Putinin iki belə təyyarəsi var. Onların hər birinin dəyəri 50 milyon dollardı. İnteryerə qəbul otağı, yataq otağı, qonaqlar və qulluqçular üçün nəzərdə tutulan otaqlar daxildir. Tualet və hamama isə xüsusi diqqət ayrılıb. Onlar unitaz da daxil olmaqla qızılla bəzədilib. Döşəməyə xüsusi mərmər düzülüb. Şərq dəbdəbəsi bütün salonda hiss olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?