“Forbes” jurnalı varlıların istifadə etdiyi təyyarələrin fotolarını yayıb.
Onların arasında “Lukoyl”un prezidenti, azərbaycanlı biznesmen, məşhur “Milyarderlər İttifaqı”nın üzvü Vahid Ələkbərovun istifadəsində olan şəxsi təyyarə də var. “Forbes” V. Ələkbərovun istifadə etdiyi iki təyyarə barədə məlumat verib. Onlardan biri “Bombardier Challenger 605” və “Airbus ACJ319” təyyarələridir.
“Airbus ACJ319” təyyarəsi biznes –cet olaraq bahalı müştərilər üçün nəzərdə tutulub.
“Airbus ACJ319” təyyarəsində tualet, yataq otağı, qəlyanaltı etmək üçün yer və oturacq kreslolar var. Təyyarə birdəfəyə 11 min 650 km məsafə qət edir.
Xatırladaq ki, “Forbes”in 2012-ci il üçün açıqladığı Rusiyanın ən varlı biznesmenləri siyahısında “Lukoyl”un preidenti Vahid Ələkbərov 5-ci yerdə durur.
Vahid Ələkbərovun təyyarəsinin fotolarını təqdim edirik:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?