Müxalifətilə müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Karen Karapetyan arasında danışıqların təxirə salınmasından sonra çərşənbə günü minlərlə nümayişçi yenidən Yerevan küçələrinə axışıb.
Nikol Paşinyanın Serj Sarkisyanın istefasından sonra siyasi keçidi müzakirə etmək üçün Karapetyan ilə görüş keçirəcəyi gözlənilirdi.
Müxalifət Serj Sarkisyanın müttəfiqi olan Karapetyanın da vəzifədən getməli olduğunu və yeni parlamentin yeni baş nazir seçməli olduğunu təkid edir.
Çərşənbə günü bu məsələ müzakirə olunacaqdı. Lakin Karapetyan elan edib ki, Paşinyan ilə danışıqlar müxalifət “birtərəfli tələblər” irəli sürəndən sonra təxirə salınıb.
Biz Serj Sarkisyanın istefasına nail ola bildiksə, hakim partiyanı xalqın iradəsinə tabe olmağa məcbur edə bilərik. Ermənistanın müxalifət hərəkatının lideri deyib ki, o, baş nazir Serj Sarkisyanın iki həftə davam edən etirazlar nəticəsində istefa verməsindən sonra ölkəyə rəhbərlik etməyə hazırdır.
Ermənistan milli Konqresinin lideri Nikol Paşinyan Sarkisyanın konstitusiyanı manipulyasiya edərək hakimiyyət müddətini artırmağa çalışdığına dair ittihamlar zəminində baş verən etirazlardan sonra Sarkisyanın istefaya getməsinə nail olub.
"Biz Serj Sarkisyanın istefasına nail ola bildiksə, hakim partiyanı xalqın iradəsinə tabe olmağa məcbur edə bilərik. Etməsələr, biz fəaliyyətimizi daha da şiddətləndirəcəyik," deyə Paşinyan bildirib.
Ermənistanın parlamentdə təmsil olunan siyasi partiyalar yeddi gün ərzində yeni baş nazir nominasiya etməlidir. Paşinyanın ölkənin siyasətinin yenidən təşkilində mühüm rol oynayacağı gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?