İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib.
Etirazçılar İrəvandakı yolları bağlamağa başlayıblar. Etirazçıların 19:00-da yenidən Respublika meydanında toplanması nəzərdə tutulub.
Yolların bloklanmasının qarşısını almaq üçün polis aksiyaçılarla danışıqlar aparır.
***
Ermənistan parlamentində baş nazir seçkisinin keçirilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.
Məlumatı Ermənistan parlamentinin sədri Ara Babloyan yayıb.
***
Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb.
Paşinyan buna səbəb kimi yolların bağlanılması zamanı bir sıra insidentin yaşanmasını göstərib. O, bəzi şəxslərin bundan istifadə edərək, digər vətəndaşlara qarşı kobudluğa yol verə biləcəklərini bildirib./axar
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?