GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi

Tarix: 27-04-2018, 13:23 Bölmə :Dünya Baxış: 443
Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi


Ermənistanda Serj Sərkisyanın istefası ilə nəticələnən etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir olana qədər aksiyaları davam etdirəcəyini deyir. Lakin belə görünür ki, Moskvanın başqa planları var. Serj Sərkisyanı istefaya məcbur edən və sürətlə böyüyən etiraz hərəkatına qəfil yaxalanan, nəticədə sadiq müttəfqini qorumaq üçün heç nə edə bilməyən Kreml fanatik və avantürist siyasətçi saydığı Paşinyanı ən azı baş nazir postuna buraxmamaq üçün hərəkətə keçib.

Doğrudur, Nikol Paşinyan özünü əvvəllər Rusiyanın qatı tənqidçisi kimi tanıdıb. Lakin o, Sərkisyana qarşı etiraz hərəkatını başladanda bir dəfə də olsun antirusiya şüarları səsləndirməyib, ümumiyyətlə geosiyasətdən uzaq durub və baş verənləri “ermənilərin daxili işi” kimi təqdim edib.

Lakin bu yaxınlara qədər heç kimin ciddi siyasətçi kimi qəbul etmədiyi, kifayət qədər siyasi resurslara malik olmayan bu 42 yaşlı keçmiş qəzet müxbiri cəmi 10 günə Serj Sərkisyanı istefaya məcbur edə bilibsə deməli Moskvada narahat olmaqda haqlıdırlar. Çünki Paşinyandan nə desən gözləmək olar (Nikol bunu artıq sübut edib) və deməli Kreml Qafqazdakı forpostunda bu cür siyasətçinin rəhbər olmasını qəbul edə bilməz.

Məhz bu səbəbdən Nikol Paşinyan Serj Sərkisyanın istefası ilə qane olmayıb onun səlahiyyətlərini icra etməyə başlayan Karen Karapetyanı-“Qazprom”un keçmiş menecerini də devirmək üçün küçələrə çıxanda Moskva ilk dəfə proseslərə müdaxilə etməyə başladı. Əvvəlcə baş nazir Dmitri Medvedyev Karen Karapetyanla telefon danışıqları apardı. Ardınca prezident Vladimir Putin prezident Armen Sərkisyana zəng vurdu. Bunun ardınca Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və baş nazirin müavini Armen Gevorkyan təcili Moskvaya yolandılar.

Xəbərlərə görə Edvard Nalbəndyanın ancaq xarici işlər naziri Sergey Lavrovla qısa görüşü açıqlanıb. Guya tərəflər Qarabağda, təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər, vəssalam. Amma tamamilə aydındır ki, Nalbəndyan Moskvaya təmas xəttindəki vəziyyəti, hansı ki, bu vəziyyətdə xüsusi dəyişiklik baş verməyib, müzakirə etmək üçün deyil, Ermənistanda yeni hakimiyyət məsələsini müzakirə etmək üçün gedib.

Yaxud baş nazirin müavini Armen Gevorkyanın Avrasiya İqtisadi Birliyinin toplantısı üçün Moskvaya yollandığı deyilsə də onun Rusiya prezidenti Admnistrasiyasının rəhbəri Anton Vayno ilə görüşdüyü açıqlanıb. Tərəflər Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə ediblər. Gevorkyanın başqa rusiyalı rəsmilərlə də görüşdüyü xəbər verilir.

Ötən gün axşam isə prezident Putin baş nazirin səlahiyyətlərini icra edə Karen Karapetyana zəng vurub. Kremlin rəsmi məlumatına əsasən tərəflər Ermənistandakı proseslərin konstitusiya məcrasından kənara çıxmamasının vacibliyi və mayın 1-də parlamentdə yeni baş nazirin seçilməsi barədə danışıblar.

Rusiya nümayəndələri Paşinyanla da təmas qurublar, ancaq bu İrəvandakı səfir səviyyəsində olub. Və məlumatlara görə indiyə qədər Ermənistan hakimiyyətinin “səhmdarları” qismində çıxış edən erməni mənşəli rusiyalı oliqarxlar ona müəyyən mesajlar göndəriblər, Paşinyana çatdırıblar ki, Moskva onun baş nazir olmasına icazə verməyəcək.

Lakin Paşinyan güzəştə getmək niyyətində deyil. Bu gün o, Karen Karapetyanla görüşməyə hazır olduğunu bildirib, amma jurnalistlərin iştirakı ilə. Karapetyan isə bu formatda Paşinyanla görüşə razı deyil. Nikol etiraz hərəkatını baş nazir olana qədər davam etdirməkdə qərarlıdır və Karapetyanla danışıqları ancaq bu mövzuda aparacağını deyir.
Son məlumata görə Karen Karapetyan Paşinyanla jurnalistlərin gözü qarşısında danışıqlar aparmayacağını bildirib. Onun mətbuat katibi deyib ki, Paşinyanın son təklifi də əvvəlkilərdən fərqlənmir, nəticədə danışıqlara getməyin mənası yoxdur.

Paşinyan artıq hakim koalisiyanın dağılmasına nail olub. Daşnaklar Respublika partiyası ilə koalisiyadan çıxıblar və baş nazir seçkisində Paşinyanın namizədliyinə səs verməyə hazırdırlar. 105 yerlik parlamentdə 31 mandata sahib olan “Çiçəklənən Ermənistan” partiyası və onun lideri, oliqarx Qaqik Tsarukyan da xalq hərəkatına qoşulub. Amma Tsarukyan hələlik Paşinyanın namizədliyinə səs vermək barədə qərar qəbul etməyib. Hərçənd Paşinyanın sözlərinə görə, onun namizədliyini azı 40 deputat dəstəkləməyə hazırdır.

Məsələ burasındadır ki, respublikaçıların sıralarında da ciddi çatlar yaranıb. Parlamentdə səs çoxluğuna malik olan partiyanın üzvlərinin bir çoxu Karen Karapetyana dəstək vermir. Bu baxımdan Karen Karapetyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı tərəddüdlər var. İstisna deyil ki, Kreml yeni baş nazir kimi ya Nalbəndyanın, ya Gevorkyanın namizədliyini nəzərdən keçirir və onların Moskvaya çağırılması da bununla əlaqəlidir.

Paşinyan da nəzərə alır ki, sürətlə artan populyarlığını, küçənin dəstəyini qazanmasını tezliklə siyasi kapitala çevirməlidir. Çünki ictimai dəstək müvəqqəti ola bilər və bir neçə gün sonra küçələrə Paşinyanın çağırışı ilə çıxanların sayı sürətlə azalacaq. Kütlə yorulacaq və insanlar Paşinyanı baş nazir kürsüsünə oturtmaq üçün həftələrlə küçələrdə dolaşmağa hazır olmayacaq.

Amma Paşinyan bunu da nəzərə alır ki, Rusiyanın dəstəyini almadan baş nazir postunda çətin otura bilər. Nəticədə o bir tərəfdən əvvəlki qərbmeylli mövqeyini ört-basdır edib Rusiya ilə münasibətlərdə heç bir dəyişiklik olmayacağını deyir, hərəkatın qətiyyən antirusiya xarakterli olmadığını bildirir. O biri tərəfdən küçənin təzyiqini maksiumum artırmağa çalışır ki, Kreml fakt qarşısında qalıb Sərkisyanın istefasına razılaşdığı kimi onun hakimiyyətə gəlişi ilə də barışsın. Bu baxımdan qarşıdakı 3 gün Ermənistandakı proseslərin hansı səmtə yönələcəyi baxımından həlledici olacaq./Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yerevandan ən son məlumat: Erməni əsgərlər etiraza qoşuldu, Paşinyan buraxıldı

    Yerevandan ən son məlumat: Erməni əsgərlər ...

    23-04-2018, 16:20

  • 
  • Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi həbslər...

    Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi ...

    17-04-2018, 10:20

  • 
  • Serj Sarqsyan istefa verdi

    Serj Sarqsyan istefa verdi ...

    23-04-2018, 16:34

  • 
  • Etirazçılar yenidən Yerevan küçələrindədir

    Etirazçılar yenidən Yerevan küçələrindədir ...

    25-04-2018, 18:48

  • 
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu