Türkiyənin İzmir şəhərində İŞİD terror qruplaşmasının dörd yüksək rütbəli şəxsi saxlanılıb.
Onlardan biri Suriyanın Deyr-əz-Zor vilayətinin əmiridir.
Polisdən bildiriblər ki, İŞİD əmiri 2017-ci ilin dekabrında Suriyanın Saidat regionunda sakinlərin kütləvi edamını təşkil edib. Ehtimal edilir ki, o, Əbubəkr Əl-Bağdadinin yaxınlarından, İŞİD liderlərindən birinin qohumudur. Saxlanılanların dördü də türk ordusunun həyata keçirdiyi “Zeytin Dali” əməliyyatından sonra Suriyadan qaçıblar. Onlar suriyalı qaçqınların arasında gizlənərək Avropaya keçməyi planlaşdırıblarmış.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?