Sabiq Türkiyə prezidenti Abdullah Gül erkən seçkilərdə iştirak etməyəcəyini açıqlayaraq, onun namizəd olacağı ilə bağlı şayiələri aradan qaldırıb.
Şənbə günü İstanbulda çıxış edən Gül deyib ki, onun seçkidə iştirakına “geniş dəstək və istək” olsa idi, o, prezidentliyə namizədliyini irəli sürməyi nəzərdən keçirərdi.
Eks-prezident 2014-cü ildə siyasətdən uzaqlaşıb, lakin onun adı tez-tez prezident Rəcəb Tayyib Ərdoğanın mümkün rəqibi olaraq hallanır.
Ərdoğan qəflətən prezident və parlament seçkilərinin bir ildən çox önə çəkilib, iyunun 24-də keçirələcəyini elan edib.
Ərdoğanın hakim partiyasının qurucularından olan Gül, partiya 2002-ci ildə keçirilən seçkidə qalib gələndən sonra qısa bir müddət Türkiyənin baş naziri vəzifəsində çalışıb. O həmçinin Ərdoğanın xarici işlər naziri və Türkiyənin 11-ci prezidenti kimi xidmət göstərib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?