Fransa prezidenti Emmanuel Makron İranı nüvə müzakirələrinə qoşulma mövzusunda razı salmağa çalışdığını açıqlayıb.
Makronla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Makron Ruhanini dilə tuta bilməyib. Ruhani 2015-ci ildə 7 ölkə tərəfindən imzalanan nüvə müqaviləsinin müzakirə edilməyəcəyini bildirib. Fransa, İngiltərə və Almaniya İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı yol müqavilənin tətbiq edilməsinə nəzarət etməyi görürlər. Tramp isə bir müddət əvvəl müqavilədən çəkilmək istədiyini açıqlamışdı. Tramp may ayında bu müqavilə barədə dəqiq qərarını elan edəcək.
Makron və Ruhani arasında telefon danışığı 1 saatdan çox çəkib. Danışıq vaxtı 2025-ci ildə mövcud müqavilənin müddəti başa çatanda hansı addımların atılacağı, İranın Orta Şərqdəki münaqişələrə müdaxiləsi və ballistik raket proqramı müzakirə edilib.
Sorğu
Yeni dizaynımız necədir?