Etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.
Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.
Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.
***
İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.
Ermənistan hava limanının bir qisim işçisi də etiraz aksiyalarına qoşulub. Onlar hava limanında bu gün tətil elan ediblər.
***
Ermənistan parlamentinin iclası baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Çarukyan Bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini bildirib./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?