Türkiyədə baş nazir Rəcəb Tayyıb Ərdoğanın hava limanındakı çıxışına qulaq asmaq üçün gedən AKP-lilərlə polis arasında qarşıdurma yaranıb.
Hava limanını tərk edərkən barrikadaları aşaraq VIP yoluna çıxmaq istəyən partiya üzvlərinin qarşısını polis kəsib. Əvvəlcə yaranan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Dava bir partiya üzvünün polisə yumruq vurması ilə başlayıb. Polis məmuru da onu vuran şəxsi döyməyə başlayıb və bundan sonra davaya başqa şəxslər də qoşulub. Nəhayət polis müdaxilə edərək davanı yatırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?