Ermənistandakı xalq etirazlarının təşkilatçısı, parlamentdəki "Yelk" fraksiyasının sədri Nikol Paşinyan baş nazir seçiləcəyi halda hökumətin tərkibinin necə formalaşdırılacağı ilə bağlı suala ətraflı cavab verməyib.
Yalnız onu deyib ki, yeni hökumətin tərkibi "mövcud siyasi durumu əks etdirməlidir".
Mayın 8-də onun baş nazirliyə namizədliyi parlamentdə təkrar səsverməyə qoyulacaq.
Bundan əvvəl hakim Respublikaçılar Partiyasından olan deputatların çoxu onun baş nazir seçilməsinə qarşı çıxmışdı.
Amma sonradan Respublikaçılar Partiyası bildirdi ki, "parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədə səs verəcək".
Paşinyanı isə bundan daha çox deputat dəstəkləyir.
Paşinyanın bildirdiyinə görə, onun fikrində yeni hökumətin mümkün tərkibi ilə bağlı bir neçə variant var.
Amma o, respublikaçılarn da yeni hökumətdə yer alıb-almayacağı ilə bağlı sualdan yayınıb.
Paşinyan bildirib ki, baş nazir seçiləndən sonra "azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün şəraitin yetişdiyini görən kimi istefa verəcək".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?