Ermənistan inqilabının lideri Nikol Paşinyan baş nazir olmaq üçün parlamentdən istədiyi dəstəyi ala bilər. Artıq qanunverici orqanda formal da olsa ən böyük müxalifət fraksiyası sayılan “Tsarukyan bloku”, habelə iqtidardakı “Daşnaksütyun” partiyasının 2 deputatı Paşinyana dəstək verəcəyini açıqlayıb.
"Daşnaksütyun" və "Tsarukyan" keçmiş prezident Serj Sərksiyanla ittifaqda olduğu kimi nazir portfellərindən bəzilərini istəyir. Paşinyanı dəstəkləməsi ehtimal edilən hakim Respublika partiyasının (ERP) deputatları isə öz bines maraqlarının toxunulmazlığına təminat verilməsini arzu edirlər.
Parlamntin indiki konyukturasına baxdıqda Nikol Paşinyanın baş nazir olmaq şansları heç də pis deyil. Onun mənsub olduğu “Yelk” və “Tsarukyan bloku” birlikdə 40 mandata sahibdirlər. Baş nazir vəzifəsinə seçilmək üçün 105 deputatın 53-nün səsini qazanmaq vacibdir. “Daşnaksütyun”un 2 deputatının da Nikol Paşinyanın lehinə olacağı nəzərə alınsa, erməni müxalifətçiyə hazırkı anda 11 deputatın səsi lazımdır.
Erməni politoloq Hrant Mikaelyan Ermənistan mediasına verdiyi rəydə “Daşnaksütyun”un əvvəlki ortaqları ERP-dan üz döndərərək bütünlükdə yeni yaranacaq hökumətin tərəfinə keçəcəyini güman edir.
“Burada hadisələrin iki variantından danışmaq olar. Birincisi, Nikol Paşinyanın Respublika partiyası ilə razılığa gəlməyib onların içindəki bəzi deputatları tərəfinə çəkməsi, ikincisi isə tərəflər arasında tam razılığın əldə olunmasıdır. Yalnız ikinci halda parlamentdə gələcəkdə münaqişə situasiysından qaçmaq mümkün ola biləcək”, - Mikaelyan qeyd edib.
Politoloqoun fikrincə, Paşinyan respublikaçıları yalnız onların malik olduğu var-dövlətə və siyasi gələcəklərinə toxunmayacağı təqdirdə öz tərəfinə çəkə bilər. “Respublikaçılara seçkilərdə iştirak etməyə, keçid baryerini aşmağa və parlament müxalifəti olaraq siyasi varlıqlarını qorumağa izn verilə bilər. ERP-nin hətta öz adını dəyişdirməsi belə istisna olunmur”, - Hrant Mikaelyan söyləyir.
İrəvan mətbuat klubunun rəhbəri Boris Navasadaryan da “Tsarukyan bloku” və “Daşnaksütyun”un nazir portfelləri müqabilində Nikol Paşinyanın namizədliyini dəstəkləyə biləcəyini bildirib.
Onun fikrincə, ERP Paşinyana öz üzvlərinin biznes maraqlarının qorunması, partiyanın varlığının saxlanması və bu və ya digər şəkildə müxalifətə keçməsi məsələri üzərində razılğa gələ bilər.
Siyasi texnoloq Armen Badalyan isə Paşinyanın ehtiyacı olduğu 6 respubikaçı səsi ala biləcəyini güman edir.
Badalyan hesab edir ki, Paşinyana dəstək verəcək respublikaçılar əslində Karen Karapetyanın hakimiyyətə gəlməsindənn sonra Rusiya ilə bağlı oliqarxik dairələrin onların bizneslərini məhv edəcəyindən qorxuya düşən deputatlar olacaq.
Sorğu
Yeni dizaynımız necədir?