Ermənistanda bu gün baş nazir seçilən müxalifət lideri, keçmiş qəzet redaktoru Nikol Paşinyan sabah mayın 9-da Azərbaycanın işğal altındakı ərazilərinə gələcək. Bu haqda Paşinyan jurnalistlərə deyib. “Sabah mayın 9-da Dağlıq Qarabağa gedəcəm”-o bildirib. Paşinyanın Qarabağa gəlməkdə məqsədi Azərbaycanın Şuşa şəhərinin işğalının ildönümü ilə bağlı hər il ermənilərin keçirdikləri bayram tədbirlərinə qatılmaqdır. Gözlənilir ki, o təmas xəttinə də baş çəkəcək.
Habelə məlum olub ki, Rusiya prezidenti Vladimir Putin artıq Nikol Paşinyana baş nazir seçilməsi münasibətilə təbrik göndərib. Kremldə ümid edirlər ki, Paşinyanın seçilməsi Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
* * *13:45
Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.
Deputatların 59-u Nikol Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verib.
* * *12:13
Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu başlayıb.
Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.
* * *10:52
Bu gün Ermənistanda baş nazir seçkilərinin ikinci turu keçiriləcək.
Saat 12:00-da parlamentdə yeni baş nazirin seçilməsi prosesinə başlanılacaq. Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.
O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.
Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək./virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?