Polis üç kilsədə partlayışların altı nəfərdən ibarət ailə tərəfindən törədildiyini bildirib
İndoneziyanın Yava adasındakı Surabaya şəhərində törədilmiş partlayışlar nəticəsində 11 adamın öldüyü, 41 adamın yaralandığı bildirilir.
İndoneziya polisi bazar günü ölkənin ikinci böyük şəhəri olan Surabayada üç kilsədə törədilən partlayışların arxasında yeniyetmələr və uşaqlar da daxil olmaqla altı nəfərdən ibarət ailənin durduğunu bildirib.
Partlayışlara görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.
Milli polis rəisi Tito Karnavian bildirib ki, bomba hücumçuları ana, ata, 9 və 12 yaşlarında iki qız və iki yeniyetmə oğuldan ibarət ailənin üzləri olub. Onların İslam Dövləti qrupundan ruhlanan Camaa Ansharut Daula ilə əlaqəsi olduğu bildirilib.
Reuters xəbər agentliyinin verdiyi məlumata əsasən, polis Subarayadakı kilsədə partlamamış bombanı zərərsizləşdirib.
Polis Surabayadakı bütün kilsələrin müvəqqəti bağlanması əmri verib.
İndoneziyanın müsəlman və xristian təşkilatları hücumları qınayıb və birgə açıqladıqları bəyanatda bildiriblər ki, “dünyada heç bir din öz məqsədlərinə çatmaq üçün zorakılığa bəraət qazandırmır”. Müsəlman və xristian icmalar terrorizm və radikalizmə qarşı mübarizə aparmaq üçün hökuməti qətiyyətli addımlar atmağa çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?