GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

Tarix: 15-05-2018, 18:53 Bölmə :Dünya Baxış: 460
Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı


Ermənistanda hakimiyyətə “küçədən gələn” baş nazir Nikol Paşinyanın bu kresloya əyləşər-əyləşməz Azərbaycanın işğal altındakı ərazilərinə gələrək burada çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında dedikləri səngərin o tayında şiddətli didişmə başladıb. Bunun səbəbi Nikol Paşinyanın baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyini, Dağlıq Qarabağı isə onun “öz hakimiyyətinin təmsil etməli olduğunu” deməsidir.

Paşinyan bunu Dağlıq Qarabağın tərəf kimi danışıqlar masasına qayıtmasının vacibliyi haqda danışarkən deyib. Və dərhal etirazlara səbəb olub.

Əvvəlcə Ermənistanın müdafiə naziri postundan təzəcə ayrılmış Vigen Sərkisyan Paşinyanı Qarabağ məsələsində diplomatik səhvə və səriştəsizliyə yol verməkdə qınayıb. Bildirib ki, Paşinyan Ermənistanı danışıqlarda tərəf kimi təqdim etməklə “böyük səhvə” yol verib. Çünki Azərbaycan neçə vaxtdır Ermənistanın münaqişədə tərəf olduğunu sübuta yetirməyə çalışırdı, amma buna nail olmurdu.

Sərkisyan məsələni belə təqdim edib ki, guya indiyə qədər Ermənistan danışıqlarda münaqişə tərəfi kimi yox, Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı və partnyoru kimi iştirak edirmiş.

Habelə Vigen Sərkisyana görə Paşinyanın baş nazir kimi danışıqlarda ancaq Ermənistanı təmsil edəcəyini deməsi həm də ona görə anlaşılan deyil ki, buradan çıxa biləcək məntiqi nəticəyə görə Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəmə malik olacaq. Hansı ki, indiyədək belə olmayıb.

Sərkisyanın ardınca keçmiş prezident Levon Ter-Petrosyan məsələyə münasibət bildirib. O, Paşinyana haqq qazandırıb və əksinə, keçmiş müdafiə nazirinin özünü Qarabağ məsələsində səriştəsizlikdə günahlandırıb. Ter-Petrosyan iddia edib ki, vaxtilə onun hakimiyyətinin “parlaq diplomatik uğurları” nəticəsində BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamənin heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilməyib, Azərbaycan ərazilərinin “yerli erməni qüvvələri tərəfindən işğal edildiyi” qətnamələrdə əksini tapıb.

Bu dəfə Vigen Sərkisyan Ter-Petrosyanı hədəf alıb. Bildirib ki, onun Qarabağ məsələsində mövqeyi (münaqişənin mərhələli həll planına razılıq verməsi ) erməni xalqına məlumdur, eləcə də erməni xalqının bu mövqeyə münasibəti bəllidir. Hansı ki, Ter-Petrosyan həmin mövqeyinə görə istefa verməli olmuşdu.

Daha sonra didişməyə digər keçmiş prezident Robert Köçəryan qoşulub. Köçəryanın ofisi yaydığı bəyanatda bildirib ki, 90-cı illərin sonlarına doğru Dağlıq Qarabağın danışıqlarda iştirakını dayandıran və Ermənistanın onun əvəzindən danışıqlar aparmasını razılaşdıran elə Ter-Petrosyan özü idi. Hansı ki, indi o Dağlıq Qarabağın danışıqlara qaytarılması haqda danışır və bunun baş verməməsini keçmiş hakimiyyətlərin səhvi adlandırır. Köçəryanın ofisi Ter-Petrosyanı “həyasızlıqda” da günahlandırıb.

Ter-Petrosyan Köçəryana cavab verməyib, amma polemikaya bu dəfə Minsk Qrupunun keçmiş rusiyalı həmsədri, erməniyönümlü mövqeyini çoxdan sübut etmiş Vladimir Kazimirov qoşulub. Kazimirov Paşinyana və Ter-Petrosyana birlikdə haqq qazandırıb. Erməni KİV-lərinə açıqlamasında deyib ki, Ermənistanın münaqişədə tərəf olması çoxdan, lap elə münaqişə təzə-təzə qızışmağa başlayandan bəllidir. Ona görə də bunu ört-basdır etməyə ehtiyac yoxdur. Amma diqqəti Ermənistanın danışıqlarda tərəf olmadığına yox, Dağlıq Qarabağın danışıqlar masasına qayıtmağa yönəltmək yaxşı olardı.

Nəhayət məsələ Paşinyanın təzəcə formalaşdırdığı koalisiyada etiraza səbəb olub. Paşinyanın kabinetində təmsil olunan daşnakların nümayəndəsi, “Daşnaksütun” İnqilabi Federasiyasının Ali orqanının üzvü, hərbi ekspert Artur Yegizaryan deyib ki, onlar Ermənistanın Qarabağ münaqişəsində tərəf olduğu barədə Nikol Paşinyanın dedikləri ilə razı deyillər. Amma onun Qarabağın danışıqlar masasına qayıtması barədə dediklərini dəstəkləyirlər.

Yegizaryanın sözlərinə görə, əslində 2016-cı ilin aprel müharibəsindən bu yana danışıqlar yoxdur. Tərəflər arasında gərginlik artıb və situasiya çox dəyişib. “Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın”-Yegizaryan bildirib.

Bakıda isə belə görünür ki, Nikol Paşinyanın “səhvini” ciddiyə almayıblar və ümumiyyətlə Ermənistanın yeni baş nazirinin hələ küçə etirazlarının doğurduğu eyforiyanın təsiri altında olduğunu nəzərə alırlar. Bu səbəbdən XİN Paşinyanın Qarabağdakı çıxışlarına mətbuat katibi səviyyəsində ötəri reaksiya verib və onun hökumətinin əvvəlki hakimiyyətlərin yolu ilə gedib-getməyəcəyini görmək üçün gözləməyə üstünlük verir.

Münaqişədə neçə tərəfin olduğu, Ermənistanın ayrıca tərəf olub-olmadığı mövzusu bu ölkədə ilk dəfə deyil polemikalara, ziddiyətlərə səbəb olur. Ermənistanda hakimiyyəti ələ keçirən Qarabağ klanı qondarma “DQR”in iştirakı olmadan danışıqlar aparmağı razılaşdırıb. Amma sonra bu məsələyə görə müxalifətlə hakimiyyət arasında mübahisələr yaranıb. Formal olaraq İrəvanın ideologiyası dünyaya bunu sübut etməyə yönəlib ki, guya Ermənistan münaqişədə tərəf deyil. Lakin 25-27 il bundan qabaq münaqişənin necə alovlandığı və Azərbaycan ərazilərini Dağlıq Qarabağdakı erməni yaraqlıları ilə birlikdə işğal edənin də Ermənistan ordusu olduğunu sübut etmək üçün hansısa diplomatik məharətə ehtiyac yoxdur. Bu açıq-aydın, hər yerdən görünən fakdır, onu inkar etmək isə ancaq dünya erməniliyinin mahiyyətindən –bütün ideologiyasını yalan, uydurma üzərində qurmuş zümrənin xislətindən irəli gəlir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Paşinyan Qarabağla bağlı yeganə şansını əldən verdi

    Paşinyan Qarabağla bağlı yeganə şansını əldən ...

    11-05-2018, 14:05

  • 
  • Sarkisyanı devirən Paşinyan ondan daha təhlükəlidir – “Qarabağ məsələsi…” (TƏFƏRRÜAT)

    Sarkisyanı devirən Paşinyan ondan daha ...

    26-04-2018, 17:46

  • 
  • Rəsmi Bakı Paşinyana görə xarici jurnalistlərin Xankəndinə getməsinə icazə verdi

    Rəsmi Bakı Paşinyana görə xarici jurnalistlərin ...

    9-05-2018, 10:56

  • 
  • Müdafiə naziri Ermənistana xəbərdarlıq edib

    Müdafiə naziri Ermənistana xəbərdarlıq edib ...

    14-05-2018, 10:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu