Rusiya müxalifət lideri, Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnı mayın 5-də Rusiya şəhərlərində “O bizim çün çar deyil” şüarı altında keçirilmiş etiraz aksiyalarının təşkili ilə əlaqədar olaraq bu gün Moskva məhkəməsi tərəfindən 30 gün müddətinə həbsə məhkum edilib. Məhkəmə Navalnının “kütləvi tədbirin təşkili qaydasının təkrar pozulmasında” günahkar olduğunu bildirib.
Minlərlə insanın iştirak etdiyi etirazlar mayın 7-də Rusiya prezidenti Vladimir Putinin daha 6 il müddətinə prezident kimi vəzifəsinə başlmaq üçün inaqurasiya mərasimindən əvvəl keçirilib. Aksiyalarda 1600-dan çox insan saxlanıb.
Navalnı və onun yüzlərlə tərəfdarı Moskva və Rusiyanın digər şəhərlərində keçirilmiş aksialar zamanı saxlanmışdı. Müxalifət lideri sanksiyalaşdırılmamış aksiya keçirmək ittihamı ilə saxlandıqdan bir gün sonra azad edilmişdi.
Aksiyaların təşkilatçıları rəsmilərə mitinqin Rusiya paytaxtının mərkəzində keçirilməsi ilə bağlı müraciət etmişdi. Lakin rəsmilər paytaxtın küçələrindən birində kiçik yer təklif etmişdi.
Mən Rusiya Federasiyasının vətəndaşıyam və mənə hansısa tədbirin keçirilməsi qadağan edilməyib Məhkəmədə olan polis işçilərindən biri bildirib ki, “Navalnı belə görünür, aksiyanın razılaşdırılmadığı haqda xəbərdarlığı eşitmədiyi üçün Puşkin heykəlinin yanına gedərək, kütləvi informasiya vasitələrinə müsahibə verməyə başlayıb”.
Aleksey Navalnı özü 30 gün müddətinə həbsə məhkum olmasını “gülünc” adlandırıb və bununla qanunun pozulduğunu deyib. “Mən Rusiya Federasiyasının vətəndaşıyam və mənə hansısa tədbirin keçirilməsi qadağan edilməyib. Hətta mən özüm deyil, başqa vətəndaşlar mitinq üçün ərizə veriblər və mən də ora gəlmişəm. Tədbir tamamilə dinc xarakter daşıyırdı”, Navalnı bidirib.
2012-ci ildə Putinin seçilməsi ilə eyni vaxtda kütləvi küçə nümayişləri təşkil edən Navalnının mart ayında keçirilmiş prezident seçkisində iştirakına onun saxtalaşdırılmış adlandırdığı maliyyə cinayətləri ilə əlaqədar ittihamlara görə qadağa qoyulmuşdu.
Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi Navalnının 2015-ci ildə ona “cinayət törətdiyi ilə əlaqədar olaraq” xaricə getmək üçün pasport verməkdən imtina etmiş Rusiyanın Federal Miqrasiya Xidmətindən şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Rusiya hökumətinin Avropa Konvensiyasının azad hərəkət etmək hüququna dair maddəsini pozduğunu bildirərək, Rusiyanın Navalnıya 2 min avro ödəməli olduğu haqda qərar verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?