Rusiya prazidenti Vladimir Putin ölkə müxalifətinin liderlərindən olan Aleksey Navalnı tərəfindən məhkəməyə verilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Korrupsiya ilə mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı Moskvanın Tverskoy rayon Məhkəməsində Rusiya prezident Vladimir Putinə qarşı iddia qaldırıb.
A. Navalnının Putinə qarşı qaldırdığı iddiaya görə, ölkə prezidenti korrpusiyaya qarşı mübarizə haqqında federal qanunun tələbini pozub. İddiaya görə, Milli Rifah Fondundan yerli mətbuatda Rusiya prezidentinin kürəkəni kimi qələmə verilən Kiril Şamalovun səhmdarı olduğu Rusiya neftkimya nəhəngi SİBUR-a vəsaitin ayrılması və bu barədə məlumatlı olan Vladimir Putinin fəaliyyətsizliyi qanunsuzdur.
Korrupsiya ilə mübarizə Fondunun hüquqşünası İvan Jdanov bildirib ki, Milli Rifah Fondundan vəsait ayrılan zaman Putib maraqların mümkün konflikti haqqında bəyan etməyib: "Korrupisya qarşı mübarizə haqqında qanunvericilik isə hətta maraqların münaqişəsinin mümkünlüyünü qeydiyyatdan keçirməyi məcbur edir. O, buna məsafəli yanamalı idi və vəsaitin ayrılması ilə bağlı məsələni həll etməyi hökumətə verməli idi".
Rusiya prezidentinin mətuat xidmətinin rəhbəri Dmitri Peskov artıq məsələyə münasibət bildirib. Peskov Putinin müxalif Aleksey Navalnının onun barəsində məhkəmədə iddia qaldırmasından xəbərsiz olduğunu söyləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?