GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan çətin durumda-erməni baş nazir aksiyaçılara çağırış etdi

Paşinyan çətin durumda-erməni baş nazir aksiyaçılara çağırış etdi

Tarix: 17-05-2018, 16:41 Bölmə :Dünya Baxış: 343
Paşinyan çətin durumda-erməni baş nazir aksiyaçılara çağırış etdi


Politoloq: “Artıq verilən vədləri həyata keçirmək vaxtı çatıb”

Baş nazir postunu ələ keçirməkdən ötrü Ermənistanda bir ay ərzində kütləvi itaətsizlik aksiyalarına çağırışlar edən və sonda məqsədinə çatan Nikol Paşinyan indi özü çətin duruma düşüb. Belə ki, baş nazir postuna seçilməsindən heç iki həftə keçməmiş Ermənistanda kütləvi aksiyaların yenidən davamlı xarakter alması Paşinyanı ciddi şəkildə narahat edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri mayın 17-si, saat 15.00-dan etibarən ölkədə itaətsizliklə bağlı bütün aksiyaları dayandırmağa çağırıb. N.Paşinyan bununla bağlı feysbuk səhifəsində yazıb. Baş nazir aksiyaçıları bütün yolları açmağa, vətəndaş itaətsizliyinə son verməyə və məsələləri qanuni yollarla həll etməyə çağırıb. Paşinyan bildirib ki, vətəndaşlar öz şikayətlərini məktubla, yaxud bir neçə nəfərin müraciəti ilə çatdıra bilərlər. Hakimiyyət təcrübəsi olmayan N.Paşinyanın çox tezliklə lokal aksiyalardan narahat olması diqqət çəkir. Dünənə qədər “demokratik qaydalar”ı əsas gətirib işğalçı ölkənin onsuz da bərbad vəziyyətdə olan həyatını iflic hala salmış baş nazir narahatdır ki, yüzlərlə insanın keçirdiyi aksiya bir gün çoxminli etirazlara çevrilə və onun hakimiyyətinə son qoya bilər. Qeyd edək ki, erməniləri İrəvanda ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar İrəvan merinin istefasını tələb edir. Bundan əlavə, taksi sürücüləri qanunsuz tələblərə etiraz olaraq, Araratdakı sement zavodunun fəhlələri isə maaş azlığı səbəbindən ayağa qalxıb. Eyni zamanda “Sosna Tser” qruplaşmasının həbsdə olan üzvlərinin azadlığa buraxılması tələbilə də etirazlar davam edir.

Politoloq Arzu Nağıyev Musavat.com-a bildirdi ki, “İrəvanda qarışıqlığın olması təbiidir: “Çünki öz havadarlarından və ya digər dəstəkçilərindən “xeyir-dua”alan Paşinyanın dəqiq iqtisadi, siyasi və ya hərbi planları olmaması faktdır. Bir müddət əvvəl kütlə psixologiyasına uyğun olaraq verdiyi açıqlamalara uyğun şəkildə, artıq verilən vədləri həyata keçirmək vaxtı çatıb. Göründüyü kimi baş nazir seçildikdən sonra o, kadr siyasətindən tutmuş, digər bütün istiqamətlərdə səhvlər etməyə başlayıb”.

A.Nağıyev İrəvan başda olmaqla, Ermənistanın bir sıra ərazilərindəki qarışıqlığın davamlı xarakter alacağına şübhə etmir: “Çünki Paşinyan bir müddət əvvəl verdiyi “siyasi dustaq”larla bağlı vədi yerinə yetirə bilmir, hətta bu zəmində baş prokurorla da fikirayrılığı yaranıb. Prokuror təkid edir ki, siyasi dustaq yoxdur, siyasətlə məşğul olan şəxslərin törətdiyi cinayətlərə görə həbslər olub. Kütlə isə tələb edir ki, onlar azad edilsinlər, çünki Paşinyan bunu mitinqlərdə mütəmadi olaraq elan edirdi. İndi isə onun özü bu kateqoriya insanları dərhal deyil, məhkəmə yolu ilə azad etməyi təklif edir, təbii ki, bu da onu baş nazir kürsüsünə əyləşdirən kütlənin xoşuna gəlmir və razı salmır. Bu, Paşinyanın üzləşdiyi ilk maneədir”.

Politoloq Kremlin də bu hadisələrə biganə olmadığını vurğuladı: “Təbii ki, Rusiya bu prosesləri izləyir və baş verənləri nə qədər Ermənistanın daxili problemləri saysa da, özü üçün mühüm nəticələr çıxarır. Təhlillər göstərir ki, Paşinyanın bu səhvi digər sferalarda da təkrarlanacaq və sonu doğrudan da ağır nəticələrə gətirib çıxaracaq. Əgər hazırki durum davam etsə, o hətta parlament seçkilərini də bir naşılıqla uduza bilər. Serj Sərkisyan və onun komandasının da istəyi budur. Bir müddət əvvəl sabiq prezident Levon Ter-Petrosyan və digərləri də Paşinyanın apardığı siyasəti kəskin tənqid edib. Bütün bunların Ermənistanda dərin böhrana gətirib çıxaracağı istisna deyil”.

Yeri gəlmişkən, N.Paşinyanı seçən parlament çoxluğu da hər an ona qarşı etimadsızlıq məsələsini qaldıra bilər. Təbii ki, bu, bir müddət sonra olacaq. Hələ ki, S.Sərkisyanın başında dayandığı hakim Respublikaçılar partiyası zövqlə Paşinyana qarşı etirazları izləyir. N.Paşinyan özü isə erməni jurnalistlərin sualına cavabında deyib ki, S.Sərkisyanla görüşmək fikrində deyil. Bu mənada Sərkisyan hər an Paşinyana sürpriz hazırlaya bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Ermənistan: Paşinyan bu gün hamını yenidən meydana çağırıb, amma bu dəfə etiraza yox

    Ermənistan: Paşinyan bu gün hamını yenidən ...

    7-05-2018, 11:10

  • 
  • Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa edilib

    Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa ...

    30-04-2018, 11:40

  • 
  • Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi həbslər...

    Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi ...

    17-04-2018, 10:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu