GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”

Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”

Tarix: 17-05-2018, 16:49 Bölmə :Dünya Baxış: 359
Trampın qəfil təbriki və “əcəl zəngi” – “işğalçı Qarabağı itirəcək...”


Baş nazir dəyişikliyindən sonra Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti daha amansız mərhələyə keçir; Rusiya nəşri Qarabağla bağlı İrəvana pis müjdə verdi və Nikol Paşinyanı “ABŞ-ın əlaltısı” adlandırdı: “Qərb ermənilərə böhran hazırlayır...”
Mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gəldilər. Maraqlıdır ki, bundan cəmi bir gün sonra ABŞ prezidenti Donald Tramp N.Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.



Ağ Ev başçısının təbrik məktubunda “ikitərəfli maraq kəsb edən müxtəlif sahələr, o sırada ticarət əlaqələri, demokratiya, regional təhlükəsizlik məsələlərdə birgə fəaliyyətin güclənəcəyinə ümid ifadə edilir, eyni zamanda korrupsiya ilə mübarizə və Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin bu səylərə kömək ola biləcəyini vurğulanır.

Erməni KİV-i isə Trampın məktubu ilə bağlı diqqəti ən əvvəl bu faktın unikallığına cəlb edib. “ABŞ prezidenti səviyyəsində Ermənistanın başçısı az qala, ilk dəfə təbrik edilir. Hər necə olmasa, ötən 2 onillikdə belə təbrik olmayıb. Maksimum Dövlət Departamenti səviyyəsində gəlib. Beləcə, Paşinyan bu günədək onun sələflərinə qismət olmayan bir şeyi - xalqın dəstəyini və dünyadakı yeganə fövqəldövlətin təbrikini alıb”.

Lakin sevinməyə əslində əsas yoxdur. Əksinə, indiyədək görünməmiş bu “nadir” təbrik “işğalçı Ermənistan üçün yeni və daha fəlakətli dönəmin - Ermənistan uğrunda ABŞ-Rusiya rəqabətinin açıq müstəviyə keçmək üzrə olmasının xəbərçisi də ola bilər. Bir növ ”əcəl zəngi" yəni...

*****

Yada salaq ki, Paşinyanı baş nazir postunda ilk təbrik edən V.Putin olub - hərçənd, hətta Soçi görüşündən, yeni erməni baş nazirin vədləri və sədaqət andından sonra da Rusiyada Paşinyana dərin etibar yaranmayıb. Rusiya KİV-də hələ də davam edən şərhlərdən aydın olan qənaət belədir ki, onu Ermənistanın Saakaşvilisi olmaq istəyən gizli qərbçi kimi qəbul eləməkdə davam edirlər.

Bu xüsusda Trampın N.Paşinyana təbrikinin Soçi görüşündən dərhal sonraya təsadüf eləməsi təsadüfə az oxşayır. Bunu haradasa Amerikanın Rusiyaya “Paşinyanı heç də özününkü bilmə, o bizim uşaqdır” şəklində incə çatdırışı saymaq mümkündür. Hər necə olmasa, işğalçı ölkədəki məlum küçə hərəkatının əsas sponsorunun Amerika olduğuna artıq az adam şübhə edir.

Bunu Paşinyanın kadr təyinatlarından da görmək olar. O, artıq açar vəzifələrə (baş nazirin müavini, xarici işlər, müdafiə, ədliyyə nazirləri və s.) qərbyönlü kadrları gətirib. Hətta iqtisadi məsləhətlər almaq üçün ABŞ-dan mütəxəssis - Daron Acemoğlunu dəvət edib. Bütövlükdə Serj Sərkisyanın köhnə hökumətindəki qarabağlıları “amerikalılarla” əvəzləyib. “Amerikanlaşma” hələ bitməyib və Moskvada yəqin ki, bunun fərqindədirlər.

*****

“Nikol Paşinyan baş nazir olandan sonra öz publik çıxışlarında rusofobiyanı nəzakətlə əvəzlədi, söz verdi ki, Rusiya ilə əməkdaşlığı gücləndirəcək. Ancaq Amerikanın əlaltısı bunu necə edəcək? Falçıya getməyə gərək yox - Ermənistan mütləq Qərb təsiri altına keçəcək və Rusiya ilə münasibətləri korlayacaq. Bəs Moskvanın dəstəyi olmadan bu balaca Qafqaz respublikasını nə gözləyir? Yaxşı heç nə”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Ekspress qazeta” (təsisçisi “Komsomolskaya Pravda” nəşriyyat evidir) yazıb.

Məqalədə daha sonra deyilir: “Amerikalılar Ermənistanda uğurlu şəkildə və çox sürətlə növbəti ”maydan" həyata keçirdilər. Cəmiyyətdə süni şəkildə etiraz ovqatını gücləndirdilər, İrəvanda etiraz aksiyaları təşkil elədilər və yekunda baş nazir Serj Sərkisyanın istefasına nail oldular. Bəli, Paşinyan indi ritorikanı dəyişib və yalan danışmağa başlayıb. Guya Rusiya ilə normal əlaqələr qurmağa hazırlaşır. İnanmayın".

Daha sonra müəllif Nikol Paşinyanın müxalifətdəki mövqeyinə və bəyanatlarına diqqət yönəldərək yazır: “Axı bu, həmin Paşinyandır ki, daima hökumətdən kremlyönlü kursu dəyişməyi tələb edir, parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması prosesini işə salmağa çağırırdı... Təəssüf ki, Ermənistanın yaradılmasında Rusiyanın nələr elədiyini, hansı fəallığı göstərdiyini indi az adam xatırlayır (bu yerdə müəllif XIX əsrdə İran və Türkiyə ermənilərinin kütləvi şəkildə türk torpaqları olan İrəvan quberniyasına və Qarabağa köçürülməsini yada salır - red.) Ermənistan indi zindan və çəkic arasında olan bir durumda - əbədi düşmənləri Türkiyə və Azərbaycanın arasındadır. Əgər Rusiya regiondan getsə, ola bilsin, Ermənistan Yer üzündən silinməsin, Qərb imkan verməz, amma Dağlıq Qarabağı o itirəcək”.

Məqalənin sonunda ermənilərə başqa bir xəbərdarlıq yer alıb: “Cənubi Qafqazda müharibəni qızışdırmaq üçün Qərb ermənilərə siyasi böhran hazırlayıb. Axı ABŞ-ın versiyasına görə, Rusiya konfliktdə ermənilərə dəstək verəcək, azərbaycanlılar isə Türkiyədən kömək istəyəcək. Nəticə etibarilə ”Türk axını" və Suriya məsələsində Ankara-Moskva əməkdaşlığını unutmaq lazım gələcək".

*****

Yəni nəşr əslində bununla ermənilərə mesaj vermək istəyir ki, Amerikanın vədlərinə, ssenarilərinə uymayın, müharibə variantında Rusiya ermənilərə görə Türkiyə və Azərbaycanla münasibətləri korlamaya da bilər və işğalçını Azərbaycanla baş-başa qoyar - ələlxüsus müharibə Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində gedəcəksə...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq

    Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq ...

    7-07-2017, 11:01

  • 
  • Tramp ilk dəfə seçilmiş prezident kimi amerikalıları təbrik edib

    Tramp ilk dəfə seçilmiş prezident kimi ...

    25-12-2016, 20:54

  • 
  • Romanenko: “Ermənistan Qarabağı itirəcək” - Faktlar

    Romanenko: “Ermənistan Qarabağı itirəcək” - ...

    8-08-2014, 02:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu