İraqın seçki komissiyası şənbə günü İraq Müharibəsi dövrü ABŞ qoşunlarına qarşı döyüşmüş, populist şiə dini xadim Müqtədə Əl-Sədrin rəhbərlik etdiyi alyansın ölkə parlament seçkilərində ən çox yer qazanan siyasi qüvvə olduğunu elan edib.
Əl-Sədrin “İslahatlara Doğru Yürüş” blokunun İraq kommunistləri ilə alyansı parlamentdə 54 yer qazanıb. “Fəth Alyansı” 47 yerlə ikinci, baş nazir Heydər Əl-Abadinin rəhbərlik etdiyi “Qələbə Alyansı” isə 42 yerlə üçüncü olub.
Seçkilərdə namizəd kimi iştirak etməyən Əl-Sədr ölkənin baş naziri postunu tuta bilməyəcək. Lakin alyansın rəhbəri kimi, onun ölkə siyasətinə təsir edə biləcək. Məsələn, yeni formalaşacaq İraq hökümətinin müəyyən edilməsi zamanı onun mövqeyi əhəmiyyətli rola malik olacaq.
12 may tarixində keçirilmiş seçkilərin nəticələrinin yubadılmasının səbəbi seçkilərdə istifadə edilən elektron sistemin düzgün çalışdığını müəyyən edilməsi idi.
ABŞ müdafiə naziri Cim Mattis daha öncə bildirib ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ iraqlıların seçimini dəstək nümayiş etdirəcək. Əlavə olaraq Mattis, İraqın demokratiyaya doğru irəliləyişini alqışlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?