GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İraqda seçkini kim uddu - İran, yoxsa Səudiyyə?

İraqda seçkini kim uddu - İran, yoxsa Səudiyyə?

Tarix: 15-05-2018, 11:15 Bölmə :Dünya Baxış: 327
İraqda seçkini kim uddu - İran, yoxsa Səudiyyə?


Parlament seçkilərinin sürpriz qalibi qalmaqallı din adamı Müqtəda Sədr oldu, amma necə...

İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. Budəfəki parlament müəyyən mənada sürpriz nəticələrlə yadda qalıb. Belə ki, gözlənildiyinin əksinə olaraq hazırkı baş nazir Heydər İbadinin partiyası qalib gələ bilməyib.

Seçkilərin ilkin nəticələrinə əsasən nüfuzlu din adamı Müqtəda Sədrin rəhbərlik etdiyi “Sairun” koalisiyası 54 mandatla 1-ci, “Həşdi Şabi” komandiri Hadi əl-Amirinin başçılıq etdiyi Fəth İttifaqı 47 mandatla 2-ci, hazırkı baş nazir Heydər İbadinin başçılıq etdiyi Nəsr ittifaqı isə 42 mandatla 3-cü yerə çıxıb. 4-cü yerdə olan “Qanun Dövləti” İttifaqı isə 25 mandat qazanıb. 5-ci yeri isə bərzanilərin Kürdüstan Demokratik Partiyası əldə edib, 23 mandat. İraq türkmən partiyalarının birləşdiyi Kərkük Türkmən Cəbhəsi isə seçkilərdə 3 mandat qazanıb.

Seçkilərin bu nəticələri nəinki İraqda bütün dünyada sürpriz olub. Son 4 ildir terrora qarşı mübarizə aparan İraqda seçkilərdə iştirak faizi xeyli aşağı olub. Mərkəzi seçki qurumunun məlumatına əsasən parlament seçkilərində 44,52 faiz seçici iştirak edib. Xatırladaq ki, İraq hərbi və təhlükəsizlik qüvvələrinin şəxsi heyəti mayın 10-u və 11-də səsverməyə başlayıb. Əsas seçkilər isə mayın 12-də keçirilib. Parlament seçkilərində 329 nəfərlik parlament yeri uğurunda 25 partiya və 63 koalisiyadan 6904 nəfər namizəd iştirak edib.

Müqtəda Sədr paytaxt Bağdadda, Nəcəf və daha bir neçə iri şəhərdə birinci olub. Bağdadda Sədr koalisiyası 18 mandat qazanıb. Bazar günü axşam Sədr tərəfdarları Bağdadda bayram ediblər.

Qeyd edək ki, İraq Konstitusiyasına əsasən seçkilərdən sonra 90 gün ərzində yeni hökumət formalaşdırılmalıdır. Əvvəlcə Ali Seçki Qurumunun nəticələri elan etməsi lazımdır. Bundan sonra hazırkı prezident Fuad Məsum qarşıdakı 15 gün ərzində parlamentin ilk iclasını çağıracaq. İlk toplantıda parlamentin sədri və iki müavini seçiləcək. Qeyd edək ki, İraq hazırda federativ, parlament sistemli respublikadır. ABŞ işğalından sonra formalaşan sistemə əsasən parlementin sədri sünni, baş nazir isə şiə siyasətçi seçilir. Prezident isə kürd partiyalarının nümayəndəsi olmalıdır.

Parlamentin ilk iclasından sonrakı 30 gün ərzində İraqın yeni prezidenti parlament tərəfindən seçiləcək. Yeni seçilmiş prezident isə 15 gün ərzində parlamentdə ən çox mandata sahib olan partiyaya hökuməti qurmağı tapşıracaq. Bundan sonrakı 30 gün ərzində isə yeni baş nazir hökumət kabinetini formalaşdırmalı və parlamentin səsverməsinə təqdim etməlidir. Bundan sonra isə parlament hökuməti və hər bir naziri ayrı-ayrılıqda səsverməyə çıxarıb təsdiqləməlidir. Bundan sonra yeni hökumət fəaliyyətə başlayır.

Qeyd edək ki, hazırkı nəticələrə əsasən kommunistlərlə ittifaq quraraq seçkilərə gedən nüfuzlu din adamı Müqtəda Sədr seçkilərin qalibidir və ehtimal ki, hökumətin təşkili də ona tapşırılacaq. Hələlik Sədrin hökuməti özünün təşkil edəcəyi, yoxsa İraq kommunistlərinin həddən artıq yaşlı rəhbərinə həvalə edəcəyi dəqiq deyil. Ancaq bir neçə il əvvəl hökumətə qarşı müxalif çıxışlar edən Sədr İraqda texnokrat hökumətin formalaşdırılması və tanınan siyasilərin kənarda dayanmasını təklif etmişdi. İndi özünün bu təklifə necə yanaşacağı maraq doğurur.

Lakin bütün bunlardan daha önəmli olan məsələ seçkilərdə məhz Sədrin qalib gəlməsidir. Məsələ ondadır ki, İraqda seçkilərin favoriti hazırkı baş nazir Heydər İbadi hesab olunurdu. İbadi daha əvvəl keçmiş baş nazir Nuri Malikinin “Dava” Partiyasının üzvü olub. Ancaq 2014-cü ildə Malikinin istefasından sonra baş nazir seçilən İbadi İŞİD-ə qalib gəlib və ciddi nüfuz qazanıb. Bu seçkilərə “Zəfər” Partiyasından və eyni adlı ittifaqla gedən İbadi gözlənildiyinin əksinə Sədrə məğlub olub.

Seçkilərin daha bir şanslı qüvvəsi isə İŞİD-ə qarşı mübarizədə formalaşmış və ölkənin bütün kəsimlərini içinə alan “Həşdi Şabi” könüllü ordusudur. Seçkilərə “Fəth” adlı ittifaqla gedən “Həşdi Şabi” liderləri şanslı görünsələr də, nəticələrə əsasən 2-ci olublar. Ancaq seçkiləri ikinci sırada başa vuran “Həşdi Şabi” iqtidar koalisiyasına üzv olacaq, ya da ana müxalifəti təmsil edəcəklər. Bu isə ilk dəfə seçkilərə qatılan bir güc kimi uğurlu nəticədir. Bu həm də İraqın rəsmən ikinci ordusu statusu almış bir qüvvənin siyasi həyata daxil olmasıdır. İranda bunun nümunəsi İnqilab Keşikçiləridir. Ancaq “Həşdi Şabi” daha aktiv və birbaşa siyasətdə rolu olan qüvvəyə çevriləcək. O da aydındır ki, “Həşdi Şabi” üzərində İranın ciddi təsiri var.

Seçkilərin qalibi olan Müqtəda Sədr isə hər kəsi təəccübləndirib. Müqtəda Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. Ayətullah Məhəmməd Sadiq Sədrin 4-cü oğludur. 1999-cu ildə atasının sui-qəsd nəticəsində öldürülməsindən sonra Sədr ailəsinin lideri olub. 2003-cü il İraqın ABŞ tərəfindən işğalından sonra M.Sədr silahlı şiə qrupu - “Mehdi ordusu”nu yaradaraq ABŞ ordusuna qarşı savaşa başlayır. Eyni zamanda işğaldan sonra qurulan “Sədr ardıcılları” hərəkatına rəhbərlik etməyə başlayıb.

2004 və 2006-cı illərdə Sədr İraqın ən parlaq şəxslərindən biri Amerika işğalına qarşı şiə müqavimət hərəkatının əsas lideri hesab olunurdu. Onun rəhbərlik etdiyi “Mehdi ordusu” digər silahlı qruplardan daha fəal idi. Bundan başqa, Bağdadın Sədr rayonuna da M.Sədr tərəfdarları nəzarət edirdi.

Eyni zamanda aktiv siyasi fəaliyyətə qatılıb, 2005 seçkilərində 31 deputat yeri qazanıb. 2010-cu il parlament seçkilərində 325 yerlik parlamentdə Sədr qrupu 40 mandat qazanıb. Ancaq siyasi hakimiyyətə iddia etməyib, lakin bunun əvəzinə 2012-ci ildə Sədr tərəfdarlarını Maliki hökumətinin korrupsiya fəaliyyətlərinə qarşı etiraza səsləyib. Sonrakı iki ildə İraqda “Ərəb baharı” olmasa da, bunun əvəzinə Suriyada başlayan müharibə İraqa da öz təsirini göstərib və İŞİD meydana çıxıb. 2014-cü ildə Sədr də digər siyasətçilər kimi tərəfdarlarına səfərbərlik çağırışı etsə də, 10 il əvvəl Amerika işğalı zamanı olduğu kimi “Mehdi ordusu” yenidən meydana çıxmayıb. Bunun əvəzində yaratdığı “Səraye Salam” qruplaşması “Həşdi Şabi”yə qoşulub. Həmin il Sədr özü də siyasi fəaliyyətdən çəkildiyini bəyan edib. Lakin Sədr hərəkatına məxsus “əl-Əzva” televiziyası, “əl-Əhd” və “Quran Natiq” radioları, “əl-Hədəf” jurnalı, həmçinin şəhid Sədrə bağlı bir neçə Quran mərkəzinin fəaliyyətini davam etdirəcəyi bildirildi.

Builki seçkilərdə isə Sədr İraq kommunistləri ilə ittifaq quraraq seçkilərə qatılıb. Ancaq bundan əvvəl o, İranın İraq üzərindəki təsirini sərt şəkildə tənqid edib, eləcə də İraqla münasibətlərində ciddi soyuqluq olan Səudiyyə Ərəbistanına səfər edərək vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb. Bu isə İraqda Sədrin İrana arxa çevirərək Səudiyyə ilə yaxınlaşması barədə şayiələrə səbəb olub. Ancaq Sədr özü bəyan edib ki, onun məqsədi İran və Səudiyyəni barışdırmaqdır.

Bazar günü keçirilən seçkilərdə Sədrin gözlənilmədən birinci nəticə göstərməsi yenidən Səudiyyə ilə yaxınlığı mövzularını gündəmə gətirib. Sədrin qələbəsində İranın İraqdakı rəqiblərinin, o cümlədən Səudiyyə Ərəbistanı və Qərb ölkələrinin rolu müzakirə olunur. Doğrudur, Sədr Qərb əleyhdarıdır. Ancaq onun ər-Riyadla yaxınlaşması üzərində ciddi şübhələrin yaranmasına səbəb olub. Hər halda, bütün bunlar yaxın 90 gün ərzində aydınlaşacaq. Hələliksə Sədr və tərəfdarları seçki qalibiyyətini bayram edir. Yeri gəlmişkən, müşahidələrə görə, əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkilərdə İraqda məzhəb və etnik amillərdən daha çox siyasi və ideoloji xətt daha ağır olub. Yəni insanlar seçimlərində məzhəblərdən daha çox siyasi şüar və vədlərə yönəliblər. Bu isə Yaxın Şərq üçün kiçik də olsa ümiddir./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı -Merkel qalib gəldi

    Almaniyada parlament seçkilərinin yekun ...

    25-09-2017, 10:15

  • 
  • Mandat qazanan deputatlar bu gün and içəcək

    Mandat qazanan deputatlar bu gün and içəcək ...

    17-11-2015, 13:39

  • 
  • İraqda seçicilərin çoxu Malikini dəstəkləyib

    İraqda seçicilərin çoxu Malikini dəstəkləyib ...

    5-05-2013, 00:14

  • 
  • Hollandiyada seçkilərdə baş nazir qalib gəlib

    Hollandiyada seçkilərdə baş nazir qalib gəlib ...

    16-03-2017, 21:04

  • 
  • Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələri ləğv olunub

    Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən ...

    2-09-2013, 18:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu