ABŞ prezidenti Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək.
Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
“ABŞ 1979-cu ildən bəri hər gün Tehranda rejimin devrilməsi üçün çalışır. İranlı rəsmilər öz vəzifələrini tam mənasında yerinə yetirəcəyi halda, amerikalıların məğlub olacağına şübhə yeri qalmır. Beynəlxalq razılaşmanı asanlıqla pozan və ictimaiyyətə bunu teatr şousu kimi fəxrlə izah edən hakimiyyətlə anlaşma imzalanmaz. Amerikalılar öhdəliklərinə sadiq deyil. İran isə razılaşmaya sadiqdir”, - deyə dini lider bildirib.
Xamenei onu da əlavə edib ki, Avropa ölkələri gec-tez ABŞ-ın sözünü dinləyəcək və nüvə anlaşmasından çıxacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?