İranla yeni nüvə sazişi məsələsində Birləşmiş Ştatlarla Avropa ölkələri “kompromisdən çox uzaqdırlar”. Bunu Almaniyanın xarici işlər naziri deyir. İranın ali dini lideri isə Avropa ölkələrini İranla daha sərt saziş tələblərini rədd etməyə çağırıb.
“Kompromisdən çox uzağıq, iki fərqli yoldayıq”, Almaniyanın xarici işlər naziri Heiko Maas mayın 23-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Vaşinqtonda 75 dəqiqəlik görüşdən sonra jurnalistlərə deyib.
Pompeo mayın 21-də xəbərdarlıq etmişdi ki, İran nüvə fəaliyyətini daha sərt məhdudlaşdırmağa razılaşmasa, ona “tarixən ən güclü sanksiyalar” tətbiq ediləcək. Vaşinqton İrandan ballistik raket proqramını bitirməyi, Suriya və Yəməndə hərbi fəaliyyəti də dayandırmağı tələb edir.
Ancaq İranın ali dini lideri Ayətulla Əli Xameneyi ABŞ-ın tələblərini rədd edib. Onun dediyinə görə, 2015-ci ildə nüvə sazişini imzalamış üç Avropa ölkəsi Vaşinqtonla yeni saziş üzrə danışıqlara getməməlidirlər.
TƏLƏBLƏR
Əli Xameneyinin vebsaytında yerləşdirilmiş bəyanatda deyir ki, Britaniya, Fransa və Almaniya İranın ballistik raket proqramı, həmçinin regional fəaliyyəti ilə bağlı danışıqlara getməyəcəyini bəyan etməlidir.
Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
ABŞ prezidenti Donald Tramp mayın 8-də sazişdən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bildirib.
Xameneyi qeyd edir ki, Avropa ölkələri sanksiyaların bərpasına qarşı çıxmalıdır.
O deyib ki, avropalılar bu tələblərə əməl etməzlərsə, İran uran zənginləşdirmə fəaliyyətini bərpa edəcək. Saziş Tehranın nüvə silahı hazırlaması riskini minimuma endirməkdən ötrü həmin fəaliyyəti də dondurmuşdu.
Xameneyinin Avropa ölkələrindən tələb edir, həm İran neftini almağa davam edəcəklərinə boyun olsunlar, həm də Birləşmiş Ştatların sanksiyaların bərpası yolu ilə İranın neft satışını bloklamasını əngəlləməyə çalışsınlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?