İranın Ali dini lideri Ayətulla Ali Khamenei deyir ki, Tehranın regional məsələlərdə əsas düşmənləri olan Birləşmiş Ştatlar və «şeytan» Britaniya ilə əməkdaşlıq etmək niyyəti yoxdur.
İyunun 3-də dövlət televiziyası ilə çıxışında Khamenei Vaşinqtonu 2015-ci il dünya gücləri ilə razılaşmaya əməl etməməkdə suçlayıb. Birləşmiş Ştatlar daxil olmaqla, bir sıra dövlətlərlə imzalanmış saziş İranın mübahisəli nüvə proqramını məhdudlaşdırmağı nəzərdə tutur.
«Onlar insan haqlarından, terrorçuluqdan öhdəliklərinin icrasından qaçmaqdan ötrü bəhanə kimi istifadə edirlər», - Khamenei deyir.
Bu ilin yanvarında İrana əsas sanksiyalar qaldırılsa da, ABŞ-ın bəzi sanksiyaları qalır, ABŞ bankları da İranla biznes qura bilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?