İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.
Bu barədə İsrailin “Kanal 10” televiziyası məlumat yayıb. Razılaşmaya görə, İran, Hizbullah və ya hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.
Suriya rejiminin razılaşmanı təsdiq etdiyi deyilsə də, hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb.
İsrail Müdafiə naziri Libermanın rus həmkarı Sergey Şoyqu ilə İranın Suriyadakı varlığını müzakirə üçün Moskvaya getməsi gözlənilir.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir qədər əvvəl verdiyi açıqlamada Suriyanın cənub sərhədinə yalnız bu ölkənin ordusunun nəzarət etməli olduğunu demişdi.
Sorğu
Yeni dizaynımız necədir?