Şimali Koreya ABŞ-la keçiriləcək sammitə hazırlıq ərəfəsində Ağ Evə qarşı müəyyən tələblər irəli sürüb.
gundemxeber.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı xəbər yayıb. Bildirilir ki, Pxenyan Vaşinqtondan diplomatik münasibətlər qurmaq, sanksiyaları ləğv etməyi tələb edib. Şimali Koreya nümayəndələri bildiriblər ki, artıq nüvə silahının ləğvi istiqamətində müəyyən addımlar atıblar. Pxunqeri nüvə poliqonu ləğv edilib. Əgər ABŞ-la diplomatik münasibətlər qurulsa, düşmənçilik münasibətləri başa çatsa və sanksiyalar ləğv edilsə, Şimali Koreyanın nüvə silahı əldə etməyə heç bir səbəbi olmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?