İşğalçı Ermənistan Abxaziyadan keçən dəmir yolunun açılmasına nail olsa, Gürcüstan Rusiya silahının Qarabağa daşınması üçün dəhliz versə, bu, Tiflisin Bakıya böyük xəyanəti olar; politoloq: “Tiflis odla oynayır...”
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Rəsmi məlumata görə, Paşinyan həmkarı Giorgi Kvirikaşvili ilə təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Ermənistanın baş nazirinin iki günlük səfər çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşü nəzərdə tutulur. N. Paşinyan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə birgə Samtsxe-Cavaxeti bölgəsinə səfər edəcək və Axalkalaki şəhərində yerli etnik ermənilərlə görüş keçirəcək (APA).
Qeyd edək ki, ötən həftə Ermənistan prezidenti Armen Sərkisyan da Tiflisə səfər etmişdi. İndi Paşinyanın qonşu ölkəyə iki günlük səfər etməsi heç şübhəsiz ki, ciddi məsələlərlə bağlıdır. Ermənistan üçün taleyüklü məsələ olan dəmir yolu xəttinin açılmasıdır və buna görə Tiflisə minnətçi düşüb. Xatırladaq ki, Rusiya Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmir yolu xəttini işə salmaq üçün illərdir rəsmi Tiflisə təzyiq edir.
Bu dəmir yolu xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə gürcü-abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb. Dəmir yolunun bərpası və üzərindən yüklərin daşınması ilə bağlı təkcə Rusiya maraqlı deyil. Burada Qərb dairələrinin də marağı var. Ermənistanı Rusiyanın təsirindən çıxartmağa, yaxud blokadadan xilas etməyə yönəlik cəhdlər daim davam edib. Elə Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün canfəşanlıq edən dairələr yenə də hərəkətə keçib. Tiflis bu anlaşmaya getsə, Abxaziyanın “müstəqilliyini” tanımış olacaq.
Canelidze ile ilgili görsel sonucu
Paşinyanın Gürcüstan səfəri ilə bağlı maraqlı detallar üzə çıxıb. Səfərdən öncə açıqlama verən Gürcüstan xarici işlər naziri Mixail Canelidze Paşinyanın Tiflisdə daha çox ticarət və mədəni əlaqələri müzakirə edəcəyini bildirib. Lakin Canelidzenin bu sözləri Paşinyanın Tiflisə gətirdiyi nümayəndə heyəti ilə uyğun gəlməyib. Belə ki, Paşinyanın nümayəndə heyətində baş nazir müavini Tiqran Avinyan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnatsakanyan, elm-təhsil naziri Araik Arutyunyan, mədəniyyət naziri Lilit Makunts, diaspor naziri Mxitar Ayrapetyan, nəqliyyat naziri Aşot Akopyan yer alıb. Məlumatda qeyd olunur ki, siyahıda yer alan Avinyan belə Canelidzenin dediyi kimi, ticarət sahəsində danışıqların aparılması üçün gərəkli şəxs deyil. Belə ki, Avinyan baş nazirin administrasiyasında sosial və humanitar sferanın kurasiyası ilə məşğul olur. Axar.az xəbər verir ki, ən maraqlı məqam siyahıda müdafiə nazirinə yer verilməsi olub. Ermənistanla Gürcüstan arasında hərbi əlaqələrin həddən artıq zəif olmasını və hərbi-texniki əməkdaşlığın isə sıfırdan yuxarı qalxmamasını nəzərə alsaq, o zaman Tonoyanın Tiflisə aparılması ilə bağlı müəyyən suallar yaranır. Bildirilir ki, Tiflisin bəyan etdiyi ticarət əlaqələri anlayışına yeganə uyğun şəxs Aşot Akopyandır. Görünən odur ki, ticarət əlaqələri dedikdə Tiflis daha çox Rusiya ilə açılacaq ticarət dəhlizini nəzərdə tutur. Paşinyanın səfəri zamanı həyata keçirəcəyi ən mühüm məsələlərdən biri isə onun Samsxe Cavaxetiya bölgəsinə səfəri olacaq. Paşinyan burada erməni diasporunun nümayəndələri ilə görüşəcək. Məhz bu amil niyə diaspor nazirinin Gürcüstana aparılması sualına aydınlıq gətirir.
Tiflis üçün kifayət qədər ağrılı olan bu ərazidə ermənilərin uzun illərdir aktiv olduğu hər kəsə bəllidir. Üstəlik, Gürcüstanın Rusiyanın təsirinin hələ də böyük olduğu bölgəyə onun havadarı olan Ermənistan rəhbərini buraxması və hətta ona geniş görüşlər keçirmək imkanı yaratması maraq yaradır. Rusiya ilə ticarət dəhlizlərini açmağa şərait yaradaraq erməniləri blokadadan çıxarmağa çalışan Tiflisin niyə Paşinyana sevərək qollarını açması hələ də şübhəli qalır. Ən azından bu dəhlizləri açmağın qarşılığını Rusiya hələlik Tiflisə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Suriyaya tanıtmaqla ödədir. Hər halda, Suriya dövlətinin separatçı bölgələri “müstəqil” dövlət kimi tanımasının ardınca Tiflisin Abxaziyadan keçən dəmir yolunu Ermənistanın üzünə açması təkcə Azərbaycana qarşı xəyanət olmaz, həm də Gürcüstanın özünə də qəsd olardı.
Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyanın Gürcüstan səfərinin əsas məqsədləri bəllidir: “Bu, onun baş nazir qismində ilk xarici səfəri sayıla bilər. O, baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara ”ürək-dirək" verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək. Fikrimcə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolunun açılmasına Tiflisin icazəsinə nail olmaqdır. Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmir yolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılması ilə xarici siyasətdə ilk uğrunu əldə etmək istəyir". E.Şahinoğlu hesab edir ki, Paşinyanın Tiflisə səfərinin başqa məqsədi də var: “Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub. Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavaxetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavaxetiyaya getməyib və ya gedə bilməyib. Görəsən, Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmurmu ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizminin növbəti dalğasına yol aça bilər?”
Politoloq hesab edir ki, Tiflis odla oynayır: “Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmir yolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək. Paşinyanın Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, Paşinyanın özü Rusiyadan qopmaq istəsin”.
Gürcüstan ona hər zaman dayaq olan, ən çətin anında yardımını əsirgəməyən Azərbaycanla münasibətlərə xələl gətirmək istiqamətində addım ataraq işğalçı Ermənistana dəmir yolunun açılmasına razılıq verərsə, sözsüz ki, bu, Qarabağ məsələsinin dinc yolla tənzimlənməsinə də ciddi şəkildə mane olan faktora çevriləcək. Belə olan halda Rusiyanın işğalçı Ermənistana hərbi avadanlıq və silah-sursat göndərməsi kifayət qədər asanlaşacaq.
Paşinyan Tiflisdən əlidolu qayıdacaq, yoxsa əliboş, bunu yaxın zamanlarda biləcəyik. Hər halda, özünü “məxməri inqilab” lideri kimi təqdim edən erməni baş nazir çox istəyir ki, hökumət rəhbəri kimi sələflərinin edə bilmədiyini əldə etməklə xalqın qəhrəmanına çevrilsin. Amma bacaracaqmı? Tiflis bu addıma getsə, Azərbaycanın da öz cavabı olacaq. Hər halda, Gürcüstan iqtisadiyyatında Azərbaycanın payı kifayət qədər böyükdür. Elə gürcülərin taleyində rolu da...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?