Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.
gundemxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən "Anadolu" məlumat yayıb.
"Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər – red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq", — deyə agentlik Soylunun sözlərini sitat gətirib.
İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası yerləşir.
Sorğu
Yeni dizaynımız necədir?