Ukrayna sərhədçiləri 29 yaşlı Azərbaycan vətəndaşını Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlayıblar.
Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildirilib.
Məlumata görə, bu yaxınlarda Ukraynaya gələn Azərbaycan vətəndaşı Belarusa getmək istəyərkən Belarusun sərhədçiləri tərəfindən saxlanılıb və Ukraynaya geri qaytarılıb. O, daha sonra Ukrayna-Belarus sərhədini qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan vətəndaşına Ukrayna ərazisinə daxil olmasına üç il müddətinə qadağa qoyulması barədə qərar verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?