ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı, qızı Ivanka Trampın ailənin şəxsi vəkili və adı bir müddətdir ki, qalmaqallarla anılan Maykl Coheni Rus olimpiya ştanqçısı ilə işləməyə məcbur etdiyi iddia edilib.
gundemxeber.az-in əldə etdiyi xəbərə görə, Rusiyalı ştanqçı Dimitriy Kloko, Tramp ailəsinin vəkili Cohenə, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil edə biləcəyini deyib.
İVANKANIN ADI İLK DƏFƏ ANILIR
Ivanka Tramp tərəfindən edilən bu həmlənin isə Trampın ən sevdiyi qızı və Ağ Evin müşavirinin ilk dəfə şərti mənada 2016 seçki kampaniyasında Ruslarla əməkdaşlıq araşdırmasına adının salınması mənasına gəldiyi bildirilib.
MOSKVADA “TRUMP TOWER” İNŞASI GÜNDƏMƏ GƏLDİ
“Buzzfeed News”-un gündəmə gətirdiyi iddialara görə, toplantının Moskvada bir “Trump Tower”-in inşası istiqamətində razılığa gəlmək üçün həyata keçirilməsinin planlaşdırdığı irəli sürülüb.
TRAMP AİLƏSİNƏ MİLYONLAR QAZANDIRMAQ ÜÇÜN
Xəbərə görə, Konqres araşdırması və xüsusi prokuror Robert Müllerin qrupu hazırda Ivanka Tramp, Maykl Koen və Olimpiyadanın gümüş medalçısı Dmitriy Klokov arasındakı əlaqələri nəzərdən keçirir. Xəbərdə, "Əlaqələr atasının prezident olmaq üçün seçki çalışması davam edərkən Ivanka Trampın Maykl Coheni Amerikanın düşmənlərindən biri ilə əlaqə yaradacaq bir Rus şəxslə əlaqələrini ortaya qoyur. Bu görüş səyi isə Tramp ailəsinə milyonlar qazandırmaq üçün görüləcək bir iş müqaviləsi üçün deyildi” deyə, qeyd edilib.
İVANKA PUTİNİN KRESLOSUNDA OTURUB
Tramp və ətrafının uzun müddətdir Rusiyanın paytaxtında lüks bir otel və hündür mərtəbəli binalar inşası lahiyəsi üçün axtarışda olduğu haqda xəbərlər verilirdi. Məlum olduğu kimi, hazırda FTB-də istintaqa cəlb olunan Maykl Koen bu səylərin əsas şəxsidir. Ivanka və qardaşı Donald Tramp Jr. İsə 2006-ci ildə Moskvaya uçaraq, atasının şirkətinin başqan müavinləri statusunda yer axtarışı üçün araşdırmalar aparıblar. Həmçinin Ivanka Trampın Kremli gəzərkən Putinin ofisində onun kreslosuna oturduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?