Donald Trampın şirkətinin prezident kampaniyası ilə eyni vaxtda Moskvada «Trump Tower» tikmək barədə danışıqlar apardığı üzə çıxıb; sabiq nəqliyyat naziri Kremllə vasitəçi ola bilərdimi?
Donald Trampın 2015 və 2016-cı illərdə prezident kampaniyası ilə eyni vaxtda onun "Trump Organization" şirkəti Moskvada "Trump Tower" (Trump Qülləsi) tikmək barədə danışıqlar aparırdı. Bunu Trampın vəkili Konqresdəki təhqiqatçılara məktubunda yazıb və bu haqda avqustun 28-də ABŞ mediası xəbər yayıb. (istiqlal.az).
O zaman "Trump Organization"ın baş müşaviri olmuş Maykl Koen Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə iki səhifəlik bəyanatında yazıb ki, həmin sövdələşmə "niyyət məktubu" səviyyəsinə çatıb, ancaq bir sıra biznes səbəbləri ucbatından sona çatdırılmayıb. "The Associated Press", "The New York Times", "ABC News" və digər media qurumları bu bəyanatın surətini əldə etdiklərini bildiriblər.
Medianın yazdığına görə, Koen deyib ki, Moskvadakı "Trump Tower" razılaşmasının Trampın prezidentlik kampaniyasına dəxli olmayıb. Ancaq o, şəxsən bu barədə Trampa "üç halda" danışdığını bildirib. 2015-ci ilin oktyabrında Tramp hotel kompleksinin tikilməsi ilə bağlı niyyət məktubunu imzalayıb.
Maykl Koen Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskova elektron məktub da yazdığını deyib, ondan razılaşmaya kömək istəyib. Bu məsləhəti isə ona Kremllə dərin əlaqələri olduğunu iddia edən Felix Sater verib. Felix Sater rusiyalı kriminal avtoritetin oğludur, iki dəfə həbs olunub və Amerikadakı “rus mafiyası”nın adamı hesab edilir.
Moskvada "Trump Tower" tikintisi ilə bağlı niyyət məktubunun imzalanması haqda ilk dəfə avqustun 27-də "The Washington Post" qəzeti yazmışdı. lThe New York Times» isə avqustun 28-də Feliks Sater barədə məlumat yayıb. Qəzetin iddiasına görə, o, bir elektron məktubda lovğalanıbmış ki, daşınmaz əmlak sövdələşməsi Trampın seçilməyinə kömək edə bilər. "Bizim oğlan ABŞ-ın prezidenti ola, bunu təşkil edə bilərik. Putinin bütün komandasının buna razılığını alacağam, bu prosesi idarə edəcəyəm" - o, Koenə məktubunda yazıb.
Bildirilir ki, "Trump Tower" razılaşmasının maliyyələşdirilməsinə dair "VTB Bank"la razılığa gəlib. Həmin bank Moskvanın Ukraynaya təcavüzünə görə ABŞ sanksiyalarına məruz qalıb. Moskvada hətta lentkəsmə mərasimi də nəzərdə tuturmuş: "Putini bu proqrama cəlb edəcəyəm, biz Donaldı seçdirəcəyik" deyə, iddialar da varmış.
"Trump Organization" şirkətinin Moskvada lTrump Tower» tikdirmək niyyəti Bakıda hələ də bağlı qalan keçmiş “Trump Tower Baku”nın taleyini də yada salır.
2014-cü ildə D.Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Ziya Məmmədovun oğlunun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilmişdi və hazırda da onun şirkətinə məxsusdur. Lakin sirr deyil ki, Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanmışdı. ABŞ prezidentliyinə iddiaçı olanda açıqladığı maliyyə hesabatına əsasən, Donald Tramp ən azından Məmmədovlardan 2,5 milyon dollar alıb. Çünki hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunması nəzərdə tutulurdu. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan etdi. Bakıda tikilmiş göydələndən “Trump” lövhəsi çıxarıldı.
Tramp prezident seçiləndən sonra isə amerikalı senatorlar “Trump Organization” təşkilatının “Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını istədilər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olundu.
2017-ci ilin martında “New Yorker” jurnalında dərc edilmiş “Donald Trampın ən pis sazişi” adlı təhqiqat məqaləsində “Tramp Organization” təşkilatının Ziya Məmmədovun ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələni haqda yazmışdı.
Məmmədovların Rusiyada Trampın bu projesinin lehinə hansı iş apara biləcəkləri barədə fikir bildirmək çətindir. Amma sirr deyil ki, Məmmədovlar Tramp prezident olmamışdan əvvəl bu şərikliyi özlərinə şərəf bilirdilər və az qala hər yerdə bunu gözə soxmağa da çalışırdılar. Həmçinin Məmmədovlar baş nazirin hakimiyyətə düşmən kəsilmiş keçmiş birinci müavini Abbas Abbasovla dostluq edir, Rusiya prezidenti Vladimir Putinə birbaşa çıxış imkanları axtarmaları yeni xəbərlər deyil. Onların Moskvada indi üzə çıxan qalmaqalda hər hansı “barmaqları” varsa, ABŞ mediası bunu da yəqin üzə çıxaracaq./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?