KXDR və ABŞ qarşıdan gələn sammitdə iki ölkə arasında yeni əlaqələrin qurulması, Koreya yarımadasında nüvəsizləşdirmə və sülh üçün şərait yaradılmasını müzakirə edəcəklər.
Bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
“KXDR və ABŞ arasında aparılan danışıqlar zamanı tərəflər hər iki ölkə üçün aktual olan məsələlər, o cümlədən Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə edəcəklər”, məlumatda deyilir.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.
Sorğu
Yeni dizaynımız necədir?