FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ABŞın qurduğun qaranlıq gizli təşkilat “Gladyo”nun cassus olduğu müəyyənləşib. Yeni yazdığı kitabda şahid ifadələrinə əsaslanaraq şok iddianı gündəmə gətirən tədqiqatçı yazıçı İsmayıl Nacar, “Yeni Akit”a verdiyi açıqlamada, Gülənin Gladyo casusu olduğu məlumatını ona keçmiş daxili işlər nazirlərindən Faruk Sükanın hələ 1973-ci ildə söylədiyini bildirib.
Pensilvaniyadan Türkiyəyə qarşı xəyanət fəaliyyətlərini idarə edən Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin ABŞ liderliyində qurulan qaranlıq gizli təşkilat “Gladyo”-nun casusu olduğu iddia edilib.
FUAD DOĞUNUN TAPDIĞI BİR ADAM
İsmayıl Nacar, "1965-1969 illəri arasında Daxili işlər naziri olan Faruk Sükan ilə 1973-də “Yeni Addım” jurnalını çıxardığım zaman tanış oldum. O illərdə Fətullah Gülənin adını tez-tez eşitməyə başlamışdıq. O vaxtlar Güləni 1971-ci ildə həbs etdilər. Bir neçə ay içəridə saxladılar. Xüsusi Təyinatlı düşərgə qurduğunu dedilər. Mən o zamanlar Dil-Tarix-Coğrafiya fakültəsində tələbə idim. Mən 1975-də Faruk Sükana "Bu Fətullah Gülən kimdir? deyə, soruşduqda, Faruk Sükan mənə, "İsmail belə şeyə fikir vermə. Bu bizim Fuad Doğunun tapdığı bir adamdır” - dedi. Yəni ABŞ-ın qurduğu “Gladyo”-nun casusu olduğunu dedi. Hərbi xidmətimi edirdim. Komandirimə "Komandirim, siz bu Fətullah Güləni axtarırsınız? deyə, soruşdum. "Axtarırıq” deyincə, "İstəyirsinizsə, bir axşam söhbətinə aparım size” dedikdə, “İsmayıl xidmətini et, sonra söhbətinə elə get” cavabını verdi. Ondan sonra başa düşdüm ki, bu şəxs “Gladio”-nun nəzarətindəki bir şəxsdir" deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?