Özəl mənbələrdən maraqlı bir məlumat daxil olub. Xəbərdə deyilir ki, Türkiyədəki son “rüşvət qalmaqalı”ndan sonra ciddi şəkildə gündəmə gələn Fətullah Gülənin görüşdüyü azərbaycanlılar arasında bir maraqlı isim də var: bu, gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevdir.
Mənbə bildirir ki, görüş əslində 2008-ci ildə, B.Hacıyev ABŞ-da təhsil aldığı zaman baş tutub. B.Hacıyev ağıllı və intellektual bir gənc kimi Harvard Universitetində təhsil alan nurçu tələbələrin diqqətini çəkib. Onlar azərbaycanlı tələbəyə F.Gülənlə görüşməyi təklif ediblər. Bəxtiyar Hacıyev təklifi qəbul edib. Onlar daha bir neçə gəncin də iştirakı ilə F.Gülənin Pensilvaniyada yerləşən iqamətgahında görüşüblər.
Həmin görüşdə nədən danışılıb, B.Hacıyevə nələr təklif edilib? Bu barədə əldə etdiyimiz məlumatları dəqiqləşdirməyə çalışırıq. Axar.Az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?