GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna xidmətə göndərmək istəyir

Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna xidmətə göndərmək istəyir

Tarix: 18-06-2018, 10:34 Bölmə :Dünya Baxış: 283
Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna xidmətə göndərmək istəyir


Son dövrlər bəzi şərq ölkələri, o cümlədən, Hindistan, Banqladeş, Çin, Nepal vətəndaşlarının yüksək məvacibli iş vədi ilə aldadılaraq Azərbaycana göndərilməsi halları kəskin artıb. Fırıldaqçıların toruna düşən və sonradan öz ölkələrinə qayıda bilməyən bu şəxslər Azərbaycanda qanunsuz miqranta çevrilirlər. Dövlət Miqrasiya Xidməti vaxtaşırı olaraq onlarla, hətta yüzlərlə pakistanlının, banqladeşlinin saxlanılması və müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumatlar yayır. Onların bir qismi deportasiya edilir, bir qismi isə Azərbaycandan sığınacaq almaq üçün müraciət edir.

Əlbəttə, miqrant düşərgələri dedikdə ağla ilk növbədə çoxlu sayda və müxtəlif millətlərdən olan insanların qapalı şəraitdə saxlanıldığı, yaşayış şəraitinin ağır olduğu məkanlar gəlir. Avropaya Suriyadan, Liviyadan və Afrikanın digər ölkələrindən qaçqın axını zamanı öz vətənlərini tərk edib daha rahat həyat xəyalı ilə başqa ölkələrə axın edənlərin hansı ağır şəraitdə saxlanıldıqları, kəskin antisanitariyanın hökm sürdüyü düşərgələr barədə xəbərlər hər gün beynəlxalq medianın mövzusu idi.

Bu baxımdan Avropa miqyasında olmasa da son illər yoxsul banqladeşlilərin, pakistanlıların hindistanlıların axınına məruz qalan Azərbaycanda qeyri-leqal miqrantların hansı şəraitdə saxlanıldıqları da maraq doğurur. Habelə həmin insanların həyat hekayələrini dinləmək, onları Azərbaycana üz tutmağa vadar edən səbəblər barədə eşitmək də maraqlıdır.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyində son dəyişikliklərə qədər Azərbaycanda miqrantların saxlanıldığı mərkəzə jurnalistlərin daxil olması mümkün deyildi. Virtualaz.org bir neçə dəfə bu mərkəzdən reportaj hazırlamaq üçün xidmətə müraciət etsə də orada müraciətimizi narahatlıq və şübhə ilə qarşılamışdılar, reportaj üçün şərait yaratmamışdılar. Görünür bu da təsadüfi deyildi-Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbərliyinin nə dərəcədə korrupsiyalaşdığı barədə mətbuat çoxdan yazırdı və onlar üçün gizlətməli çox şeylər ola bilərdi.

İndi isə belə görünür ki, yeni rəhbərlik mətbuata daha açıqdır və miqrantların saxlanıldığı mərkəzdən reportaj hazırlamaq barədə təkrar müraciətimiz Xidmətdə müsbət cavablandırıldı. Və Kürdəxanıda yerləşən bu mərkəzə yollandıq.
Mərkəzdə gözlədiyimizdən fərqli olaraq, xüsusi sərt rejim hökm sürmür. Məlum olur ki, bura qapalı yer deyil, yəni miqrantlar mərkəzə könüllü yerləşdiriliblər və istədikləri vaxt buradan çıxa və qayıda bilərlər.

2012-ci ildə tikilmiş bina 120 miqrantı saxlamaq üçün nəzərdə tutulsa da hazırda orada bundan dəfələrlə az-cəmi 36 miqrant qalır. Əvvəllər sıxlıq olsa da qanunsuz miqrantların çoxu ölkələrinə deportasiya edilib.

Amma mərkəzin rəisi Taleh İbrahimovun sözlərinə görə, düşərgədə qalanların sayı az qala hər saat dəyişir. Mərkəzdə ailəli və subay miqrantlar üçün fərqli korpuslar ayrılıb.

“İstəyirəm oğlanlarım Azərbaycan ordusunda xidmət etsinlər”

Mərkəzdə Pakistandan olan qaçqın ailə ilə söhbətləşirik. 7 aydır burada Azərbaycanda olan ailə xidmətə qaçqın statusu almaq üçün müraciət edib. Fotoşəkillərini yaymaq və adlarını çəkmək qanuna zidd olduğuna görə, sadəcə söhbətlə kifayətlənirik. Həmsöhbətimiz Bakıya Kəşmirdən gəldiyini və 5 oğlu ilə bilikdə qaçqın statusu almaq istədiyini deyir. Beynəlxalq dillərdən heç birini bilmədiyinə görə, urdu dilini bilən tərcüməçi vasitəsilə danışırıq. Uzun-uzadı ölkəmizdən və saxlanma şəraitindən razılıq edir, arada azərbaycanca sözlər də işlədir:

“Azərbaycana Kəşmirdən gəlmişik. Bildiyiniz kimi ora Hindistan və Pakistan arasında mübahisəli ərazidir, tez-tez qarşıdurmalar baş verir. Bizim oradakı torpaqlarımız qonşularımız tərəfindən ələ keçirildiyinə görə məcbur olub Azərbaycana gəldik. Ümid edirik ki, burada qaçqın statusu alıb daimi yaşayacağıq”.

Həmsöhbətimiz deyir ki, Azərbaycan haqqında çox eşidib. Xüsusən orta məktəb dərsliklərində ölkəmiz haqqında məlumat alıb və bunlar onun gələcəkdə yaşamaq istədiyi ölkə kimi Azərbaycanı seçməsinə şərait yaradıb: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bu ölkəni seçməkdə məqsədimiz həm bizimlə yaxınlığı, həm də müsəlman ölkəsi olmasıdır. Burada qaldığım müddətdə Azərbaycan dilini öyrənməyə çalışıram. Əgər vətəndaşlıq ala bilsək, övladlarımın təhsil almalarına çalışacağam. İstəyərdim ki, oğlanlarım Azərbaycan ordusunda xidmət etsinlər. Çünki mənim də atam hərbçi olub, bu sahənin nə qədər vacib olduğunu bilirəm”.
İncəsənətə böyük həvəsi olan pakistanlı xanım deyir ki, əgər Azərbaycanda qalsa, dərzilik və rəssamlıqla məşğul olacaq.

“Eşitmişdik Azərbaycanda yaşamağa yaxşı imkan var...”

Digər ailənin də ölkəsində problemləri olduğunu öyrənirik, amma konkret hansı səbəbdən burada olduğunu açıqlamaq istəmirlər. Pakistanlı ata və ana 3 qızı və oğlu ilə bura turist kimi gəlsələr də, sonradan “qaçqın” statusu almaq üçün müraciət ediblər: “Biz eşitmişdik ki, Azərbaycanda yaşamağa çox yaxşı şərait var. Həqiqətən də, burada gözlədiyimizin şahidi olduq. 6 aydan çoxdur ki, buradayıq və hazırda işimiz icraatdadır. Problemlərimiz olduğuna görə, 16 və 17 yaşlı qızlarım iki il məktəbə getməyiblər. Əgər “qaçqın” statusu ala bilsək, onların təhsillərini davam etdirmələri üçün çalışacağam”, - deyə ailə başçısı bildirir. O, həmçinin ölkəsi üçün darıxmadığını, burada günlərinin xoş keçdiyini, uşaqlarının darıxanda futbol oynadıqlarını deyir.

Digər miqrant isə 22 yaşlı Balqladeş vətəndaşı olan Məhəmməddir. Danışmağa o qədər də həvəsli görünmür, suallarımıza qısa və konkret cavablar verməklə kifayətlənir. Məlum olur ki, Məhəmməd Bakıya təhsil almaq məqsədilə gəlibmiş, amma burada pasportunu itirib: “Bakı Avrasiya Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıram. 17 gün əvvəl pasportumu itirmişəm, ona görə də bu mərkəzə müraciət etdim. Sənədlərimin hazır olmasını gözləyirəm”, - deyə Məhəmməd bildirir.

Ukraynalı Yelena Boreyko isə Azərbaycanda həbsdə olub, beş illik həbsxana həyatı yaşayıb, Azərbaycan prezidentinin sonuncu əfv fərmanı ilə azadlığa çıxıb. Hansı əmələ görə tutulduğunu demir. Hazırda ölkəsinə qayıtmaq üçün sənədlərinin hazır olmasını gözləyir. Azərbaycan dilində sərbəst danışan 42 yaşlı ukraynalı xanım əslində öz ölkəsinə getmək istəmədiyini deyir.

“Hazırda sənədləşmə işlərini hazırlamaq üçün məni öz istəyimlə bura yerləşdiriblər. Mənimlə bağlı Ukrayna səfirliyi qərar verəcək. Amma Ukraynaya getmək istəmirəm, çünki 1991-ci ildən burada yaşayıram, Ukraynada heç kimim yoxdur. Burada tanışlarım, dostlarım çoxdur, onlara öyrəşmişəm. Nə iş olsa işləyərəm, əlimdən hər şey gəlir, təki burada qalım...”-Yelena deyir.
Saxlanma Mərkəzinin rəisi Taleh İbrahimovun sözlərinə görə, qaçqın statusu almaq üçün müraciət edənlər 3 ay müddətində burada qalırlar. İşə baxılma müddəti ərzində qalma müddətləri daha 3 ay artırıla bilər: “Biz burada heç kimi təcrid eləmirik, kim istəsə, gedib şəhəri gəzə, işlərini görə bilər. Sadəcə, biz çıxanlara buraxılış vərəqi veririk ki, polis saxlayarsa, burada müvəqqəti saxlanıldıqları bilinsin. Burada onlara hər cür şərait yaratmışıq, gündə 3 dəfə yemək veririk. Azyaşlılar üçün ayrıca uşaq otağı, istirahət, təlim, bütün dinlərdən olan insanların ibadət etməsi üçün namaz otağımız var. Geyim otağında isə bütün zəruri geyimlər miqrantlara əvəzsiz verilir. Burada qalın qış geyimlərindən tutmuş uşaq əmziyinə qədər hər şey var”.

Mərkəzdə saxlanılanların böyük əksəriyyəti müsəlmanlar olduğu üçün onlar oruc tuturlar və hava isti olduğuna görə çölə çıxmırlar, otaqlarında gün keçirirlər. Bəziləri isə kitabxanada qurdalanır. Bir sözlə, Banqladeşdə günü orta hesabla 2 dollara yarıac dolanmaqdansa Bakıda miqrant mərkəzində gündə 3 dəfə pulsuz yeyib havayı geyinmək bu yoxsul ölkədən gələnlər üçün əlbətdə cəlbedici görünə bilər, amma bu da müvəqqətidir və qaçqın statusu almasalar onları yenidən ölkələrindəki yoxsulluq, səfalət gözləyir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 10 miqrant saxlanıb

    Bakıda 10 miqrant saxlanıb ...

    3-04-2018, 13:21

  • 
  • Saxta viza ilə Avropaya miqrasiya etmək istəyən 3 Nepal vətəndaşı saxlanılıb

    Saxta viza ilə Avropaya miqrasiya etmək istəyən 3 ...

    17-05-2018, 17:43

  • 
  • Azərbaycanda təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olan nigeriyalı saxlanıldı

    Azərbaycanda təhlükəli yoluxucu xəstəlik ...

    9-02-2018, 15:05

  • 
  • ABŞ və Avropaya üz tutan rusiyalı miqrantların sayı rekord həddə çatıb

    ABŞ və Avropaya üz tutan rusiyalı miqrantların ...

    6-12-2016, 23:49

  • 
  • Məşhur futbolçu Lionel Messi evləndi

    Məşhur futbolçu Lionel Messi evləndi ...

    1-07-2017, 15:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (62)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu