GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya “tələ”yə düşüb: Ancaq xilas olmağa deyil, intiqam almağa can atır

Rusiya “tələ”yə düşüb: Ancaq xilas olmağa deyil, intiqam almağa can atır

Tarix: 20-06-2018, 12:09 Bölmə :Dünya Baxış: 349
Rusiya “tələ”yə düşüb: Ancaq xilas olmağa deyil, intiqam almağa can atır


Türkiyə ABŞ-a Rusiya ilə müttəfiqlik perspektivləri üzərindən meydan oxuyur; Kreml isə ABŞ və Qərbi Türkiyə üzərindən vurmağa can atır
Rusiyada futbol üzrə dünya çempionatı davam edir. Dünya ölkələrinin futbol yığmaları çempionluq uğrunda bir-biriylə “savaşırlar”. Ancaq savaşan yalnız futbol yığmaları deyil. Dünyanın siyasət məkanında da ciddi savaşın olduğu müşahidə edilməkdədir. Və bu savaşda Rusiya əsas iştirakçılar sırasında yer almaqdadır. Üstəlik, Rusiya eyni vaxtda hamı ilə savaşa məhkum edilmiş dövlət statusundadır.


Onu da qeyd edək ki, Rusiyanın siyasi dairələri maksimum həddə qədər aqressivləşmiş kimi görünürlər. Xüsusilə də, Rusiya prezidenti Vladimir Putin sərt açıqlamaları ilə diqqəti çəkir.

Məsələ ondadır ki, Kreml sahibi inaqurasiya mərasimindən sonrakı dönəmdə demək olar, hər gün telekanallarda boy göstərir. O, tez-tez ictimaiyyət qarşısına çıxır və Rusiyanın siyasi rəqiblərinin ünvanına sərt xəbərdarlıqlar yönəldir.

Maraqlıdır ki, Kreml sahibi son vaxtlar dünya müharibəsindən daha tez-tez danışmaqla diqqəti çəkir. Belə ki, bir müddət öncə V.Putin “Əgər, yaxın gələcəkdə IV Dünya Müharibəsi başlasa, mövcud müasir texnologiyalarla bu savaş planetin tamamilə məhvinə səbəb ola bilər” deyib. Bu isə əslində, siyasi rəqiblərə açıq-aşkar meydan oxunması anlamına gəlir.

Belə ki, Kreml sahibi bununla demək istəyir ki, ABŞ və Qərb hazırda Rusiyaya qarşı III Dünya Müharibəsinə artıq start verib. Və Rusiya bu savaşda hələlik səbrli davranmağa üstünlük verir. Ancaq bir gün Rusiyanın səbri tükənə bilər və bu savaşa qarşılıq verər. Bu isə IV Dünya Müharibəsinin başlanması anlamına gələcək. V.Putin bu halda, dünyanı böyük fəlakətin gözləyə biləcyini siyasi rəqiblərin diqqətinə çatdırmağa çalışır.

Göründüyü kimi, Kreml sahibi Rusiyanın mövcud təzyiqlərin qarşısından heç bir halda, geri çəkilməyəcəyinin və sərt qarşılığa hazır olduğunun mesajını verir. Belə anlaşılır ki, V.Putin ölkəsinin beynəlxalq rəqiblərinə qəzəblidir. İlk baxışdan sakit görünsə də, əslində, onun psixoloji tarazlığını qorumaqda çətinlik çəkdiyi də açıq-aşkar nəzərə çarpır.

Böyük ehtimalla Kreml sahibi Rusiyanın “siyasi tələ”yə salındığını çox gözəl anlayır. Ancaq o, bu situasiyaya obrazlı desək, təxminən yalquzaq psixologiyası ilə reaksiya verir. Belə ki, təcrübəli ovçular hesab edirlər ki, tələyə salınmış yalquzaq üçün necə xilas olmaqdan öncə necə intiqam almaq daha ön planda olur.

Təbii ki, Rusiyanın da öz rəqiblərindən intiqam almaq üçün müəyyən variantları olmamış deyil. Onların sırasında ABŞ və Qərbin beynəlxalq rəqibləriylə strateji müttəfiqlik variantı ən təsirli addım kimi görünür. Və Kreml sahibi artıq bu istiqamət üzrə kifayət qədər ciddi irəliləyişlərə də nail ola bilib.

Məsələ ondadır ki, son dövrlərdə Kreml sahibi üçün Türkiyə-Rusiya əməkdaşlığı olduqca həssas məsələ statusu qazanıb. O, hətta prezident kimi andiçmə mərasimindən sonra ilk xarici səfəri üçün məhz Türkiyəni seçmişdi.

Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin hətta strateji müttəfiqliyə doğru irəliləməsi də qətiyyən təəccüblü deyil. Əslində, Rusiyanın Türkiyə ilə müttəfiqliyə həssas yanaşması rəsmi Ankaraya da tamamilə sərf edir.

Belə ki, rəsmi Ankara öz ənənəvi müttəfiqlərinin – ABŞ və Qərbin Türkiyəni parçalamaq planlarından əl çəkmədiyini anladığı andan yeni siyasi kursa yönəlib. Türkiyə NATO-dakı müttəfiqləriylə rəqib olan dövlətlərlə mövcud münasibətlərinə yenidən baxır, yeni keyfiyyətə yönəldir.

Əlbəttə ki, bu, Türkiyənin milli maraqları baxımından, tamamilə doğru siyasətdir və artıq kifayət qədər ciddi təsirləri də var. Çünki NATO-da rəsmi Ankaranın bu yeni siyasi kursundan narahatdırlar.

Məsələ ondadır ki, bu hərbi-siyasi alyans öz tərkibinə daxil olan 2-ci ən güclü ordunu - Türkiyə ordusunu itirmək üzrədir. Türkiyə NATO tarixində ilk dəfə olaraq, bu quruma üzv olmayan, üstəlik, hətta düşmən sayılan bir dövlətdən silah almaq qərarı verib. Və Rusiya Türkiyəyə satacağı “S-400” raketlərini nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl - 2019-cu ilin iyul ayında göndərməyə razılaşıb.

Təbii ki, bu, olduqca önəmli razılaşmadır. Belə ki, Ağ Evdə Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı çaşqınlıqla qarşılanmaqdadır. Hər halda, verilən reaksilardan bu, açıq-aşkar müşahidə edilir.

Hələ bu sıraya Rusiyanın Türkiyədə AES tikməyə başlamasını da əlavə etmək olar. Bu proses belə uğurla inkişaf etməkdə davam edərsə, Türkiyənin yaxın gələcəkdə hətta yeni nüvə dövlətinə çevrilə biləcəyi də qətiyyən istisna deyil.

Nəhayət, Türkiyə-Rusiya münasibətlərinin belə intensiv inkişafı (Çinin də böyük sürətlə gücləndiyi bir dövrdə), dünyanı "demokratiya nağılları" ilə uyutub, hökmranlıq edən ABŞ-ın beynəlxalq hegemonluğunu da aradan qaldıra bilər.

Göründüyü kimi, ABŞ və Qərbin narahatlığı üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Hər halda, rəsmi Ankara Kremllə ABŞ və Qərbə qarşı ortaq fəaliyyətdən çəkinmədiyini qətiyyən gizlətmir. Və bu ortaq fəaliyyətin yaxın gələcəkdə ABŞ və Qərbə olduqca ciddi problemlər yarada biləcəyini Ağ Evdə anlamamış deyillər.

Məsələ ondadır ki, Ağ Evin sərt təzyiqləriylə üzləşən Türkiyə və Rusiya bu basqılara qüvvələrini birləşdirməklə müqavimət göstərməyə çalışırlar. Yəni rəsmi Ankara ABŞ-a Rusiya ilə müttəfiqlik perspektivləri üzərindən meydan oxuyur.

Kreml isə ABŞ və Qərbi Türkiyə üzərindən vurmağa can atır. Bu isə Rusiya üçün imperiyanın qorunması üzrə tarixi aksioma sadiq qalınması anlamı daşıyır.

Belə ki, imperiyalar tarixən iki önəmli istiqamətə sadiq qalmaqla öz mövcudluqlarını qorumağa çalışıblar. İmperiyalar həmişə bir əldə savaş, digər əldə isə barış bayraqlarını hazır tutublar. Roma İmperiyası da savaşla böyüyərək, güclənirdi, müharibələrdən yorulub zəiflədikdə isə, müvəqqəti və aldadıcı sülh müqavilələri ilə özünü uzun müddət qoruya bilirdi.

İndi Kreml də eyni strategiyaya üstünlük verir. ABŞ və Qərblə düşmənçilikdə yıxılmamaq üçün tarixən düşmən olduğu Türkiyə ilə barış siyasətinə söykənməyə çalışır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Futbol üzrə Dünya Çempionatının başlamasına saatlar qaldı - CANLI YAYIM

    Futbol üzrə Dünya Çempionatının başlamasına ...

    14-06-2018, 15:22

  • 
  • ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı...

    ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı... ...

    10-11-2017, 17:41

  • 
  • İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılışında iştirak edəcək

    İlham Əliyev Moskvada futbol üzrə dünya ...

    14-06-2018, 12:02

  • 
  • KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində yeddi min əsgərini yerləşdirəcək

    KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində ...

    16-12-2015, 18:01

  • 
  • Bu gün futbol üzrə dünya çempionatı başlayır (VİDEO, FOTO)

    Bu gün futbol üzrə dünya çempionatı başlayır ...

    12-06-2014, 19:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu