ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federal Təhlükəsizlik xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.
BBC- xəbər verir ki, Nazirliyin saytında yer alan məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verilir.
Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir.
Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağası qüvvədə qalır.
Qeyd edək ki, 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ Rusiyanın onlarla təsisatına, eləcə də təhlükəsizlik strukturlarına qarşı "seçkiyə müdaxilə", "amerikalı diplomatlara təzyiq" kimi ittihamlarla sanksiyalar tətbiq edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?