Türkiyədə seçkilərin nəticəsi açıqlandıqdan sonra prezident Rəcəb Tayyip Ərdoğan Ankarada hakim partiyanın əsas binasının qarşısına toplaşan vətəndaşlara səslənib.
Ərdoğan çıxışında “Millətimizin seçki qutusu başında partiyamıza göndərdiyi ismarıcı aldıq. Millətimizin qarşısına bu çatışmazlıqları tamamlayaraq çıxacağımızdan əmin olun” deyib. Bundan başqa Ərdoğan çıxışında bir sıra şəxslərə təşəkkür edib, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz çalışacaqlarını deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?